Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ən yeni silahlar – düşmənə göz dağı FOTO
Ən yeni silahlar – düşmənə göz dağı FOTO
11 May 2017 / 13:04 / Baxış sayı: 392
Font1 Font2 Font3 Font4

MAM-15 və KNT -67 snayper tüfəngləri böyük marağa səbəb olub

Türk ordusunun iki yeni silahı üzə çıxdı. İstiPress-in məlumatına görə, silahların təqdimatı İstanbulda keçirilən İDEF-2017 beynəlxalq sərgidə olub.

Maşın və Kimya Sənayesi Qurumu (MKEK) tərəfindən istehsal edilən yeni nəsil MAM-15 və KNT -67 snayper tüfəngləri böyük maraqla qarşılanıb. Silahlar ən son yeni texnologiya ilə təchiz edilib. 2017-ci ilin sonundan başlayaraq Türk Silahlı Qüvvələrinin bazasına daxil olacaq. Qurumun mühəndisi Muammer Durmuş silahların istifadəsinin olduqca asan olduğunu, terrorla mübarizədə yüksək nəticələr vəd etdiyini deyib.

Yeni silahların nişangahı digər sistemlərə görə daha uzundur.

Mayın 9-da Türkiyənin İstanbul şəhərində keçirilən, Müdafiə Sənayesi Nazirliyinin də təmsil olunduğu “İDEF-2017” XIII Beynəlxalq müdafiə sənayesi sərgisinin rəsmi açılışı olub. Açılışda Müdafiə Sənayesi naziri Yavər Camalov da iştirak edib. Sərgi mayın 12-dək davam edəcək.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə