Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

SDU-da Magistrantların XVII Respublika Elmi Konfransı keçirildi
SDU-da Magistrantların XVII Respublika Elmi Konfransı keçirildi
11 May 2017 / 15:38 / Baxış sayı: 240
Font1 Font2 Font3 Font4

Mayın 11-də Sumqayıt Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş magistrantların XVII Respublika elmi konfransı keçirildi. Konfransda respublikamızın qabaqcıl ali təhsil müəssisələrinin rektor, prorektor, struktur rəhbərləri və professor-müəllim heyəti iştirak etdilər.

Əvvəlcə konfrans iştirakçıları universitetin foyesindəki ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək ona dərin ehtiramlarını bildirdilər.

Konfransa sədrlik edən rektor professor Elxan Hüseynov tədbir iştirakçılarını salamladı, ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş, hər il ənənəvi olaraq Təhsil Nazirliyinin xətti ilə keçirilən Magistrantların Respublika elmi konfransının xüsusi əhəmiyyətə malik olduğunu diqqətə çatdırdı və ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin qurulması və möhkəmləndirilməsi istiqamətindəki əvəzsiz xidmətlərindən danışdı.

Bildirdi ki, Ulu öndər ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə almış, yüksək dəyərləndirmişdir. Çünki bu dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir.

Heydər Əliyevin rəhbərliyi dövrü Azərbaycan tarixinə elmin və təhsilin tərəqqi dövrü kimi daxil oldu. Ulu öndər Heydər Əliyevin müdrikliklə müəyyən etdiyi və həyata keçirdiyi elm siyasəti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycanın milli sərvəti olan elmi potensialın qorunması, inkişaf etdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan – 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında intellektual inkişaf modelinə əsaslanan biliklər cəmiyyətinin formalaşdırılması əsas strateji inkişaf xətti kimi qəbul edilmişdir. Bu baxımından respublikamızın ali təhsil müəssisələrinin üzərinə böyük vəzifələr düşür.

Belə konfransların keçirilməsində də əsas məqsəd gəncləri elmi-tədqiqat işlərinə cəlb etməklə yanaşı gələcək mütəxəssislərin hazırlıq səviyyəsini yüksəltməkdir. Rektor onu vurğuladı ki, çox sevindirici amildir ki, konfransda iştirak edənlərin sayı ildən-ilə artır. Əgər 2014-cü ildə XIV Respublika elmi konfransında 15 ali məktəbdən 770 nəfərdən çox magistrant iştirak etmişdirsə, bu il keçirilən konfransa 16 ali məktəbdən 1400-ə yaxın məruzə materialları daxil olmuşdur.

Bu göstərici bir tərəfdən magistrantların elmi konfranslara maraqlarının artmasının nəticəsidirsə, digər tərəfdən isə təşkilat komitəsinin apardığı ardıcıl və səmərəli fəaliyyətinin uğurlu işidir. Yeri gəlmişkən, bildirim ki, bugünkü konfransa müxtəlif ali təhsil müəssisələrindən, o cümlədən Sumqayıt Dövlət Universitetindən 224, Azərbaycan Dövlət İqtisad Universitetindən 309, Azərbaycan Dövlət Pedaqoji Universitetindən 205, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən 202, Bakı Slavyan Universitetindən 130, Azərbaycan Dövlət Aqrar Universitetindən 61, Gəncə Dövlət Universitetindən 51 və s. magistrant tezislərini təqdim etmişlər. Konfransın gedişinə uğurlar arzulayan rektor onu da qeyd etdi ki, belə konfranslar həmçinin magistrantlar arasında bir körpü rolunu oynayır.

Bakı Biznes Universitetinin rektoru professor İbad Abbasov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi işlər üzrə prorektoru professor Asəf Zamanov çıxış edərək konfransın vacibliyindən söz açaraq gənc tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılmasına böyük təkan olduğunu və onların elmə, elmi tədqiqat işlərinə olan marağı daha da artırdığını qeyd etdilər. Natiqlər magistrantları dünya elminə inteqrasiya etməyə, daim axtarışlar edərək öz elmi potensiallarını gücləndirməyə çağırdılar.

Konfransda magistrantlardan Azərbaycan Dövlət İqtisad Universitetindən Səidə Mirzəli, Azərbaycan Dövlət Pedaqoji Universitetindən Mircəlal Əbdülov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən Elşad Şahnəzərov, Bakı Slavyan Universitetindən Rüfət Həşimov, Sumqayıt Dövlət Universitetindən Vüsalə Vahabova hazırladıqları mövzular və təmsil etdikləri ali təhsil ocaqlarının elmi fəaliyyəti ilə bağlı məruzələrlə çıxış etdilər, gənclər üçün yaradılmış şəraitə görə SDU rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

SDU-nun doktorantura və magistratura şöbəsinin müdiri, dos. Sabir Xəlilov bildirdi ki, konfransa təqdim olunan məruzələr olduqca aktual məsələlərə həsr olunub.

Konfrans öz işini on doqquz bölmə üzrə iki gün ərzində davam etdirəcəkdir. Bölmə rəhbərləri bu haqda hesabat verəcəklər. Dos. Sabir Xəlilov xüsusilə vurğuladı ki, konfransın sonunda maraqlı mövzularla çıxış edən və fəallıq nümayiş etdirən magistrantlar Sumqayıt Dövlət Universitetinin diploma və hədiyyələri ilə təltif olunacaqlar. Natiq onu da qeyd etdi ki, təqdim olunmuş tezislər üç cildli məcmuə şəklində çap olunub.

Çıxışlardan sonra konfrans öz işini müxtəlif bölmələrdə davam etdirdi.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə