Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türkiyə teatrı Ermənistana qastrola gedir
Türkiyə teatrı Ermənistana qastrola gedir
11 May 2017 / 15:45 / Baxış sayı: 320
Font1 Font2 Font3 Font4

Türkiyənin Bursa şəhərinin Nilufər rayon bələdiyyə teatrının kollektivi Ermənistana qastrola hazırlaşır. Teatr erməni yazar Akop Baronyanın “Şərq dişçisi” adlı əsərini səhnələşdirəcək. 
Azərbaycanın Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Türkiyənin Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyi (ASİM-DER) bununla bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, Nilufər bələdiyyə teatrının Ermənistana turneyə çıxması Türkiyədə və Azərbaycanda hiddət və etirazla qarşılanıb: “Azərbaycan torpağı olan Qarabağın işğalı davam edərkən və bu səbəbdən Türkiyə Ermənistanla sərhədlərini bağlı saxlayarkən, Bursanın Nilufər bələdiyyəsi teatrının Ermənistana getməsi yolverilməzdir”.

Bəyanatda qeyd olunur ki, bu kimi tədbirlər Türkiyə və Azərbaycan münasibətlərinə xələl gətirə bilər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə