Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Elmlər doktoru oğlu nazirdən danışdı – Məmmədyarovun atası
Elmlər doktoru oğlu nazirdən danışdı – Məmmədyarovun atası
11 May 2017 / 17:24 / Baxış sayı: 512
Font1 Font2 Font3 Font4

Xarici işlər naziri Elmar Məmmədyarovun atası, imya elmləri doktoru, AMEA-nın həqiqi üzvü Məhərrəm Məmmədyarov oğlu ilə bağlı maraqlı açıqlama verib.

arxiv.bizimxeber.az xəbər verir ki, o, turkustan.info saytına müsahibəsində oğlu Elmar Məmmədyarovun diplomat sahəsinə gəlməsinə razı olmadığını deyib:

“Elmar işlədiyi sahəni özü seçib. 8-ci sinifdə oxuyanda onların sinifləri ingilisdilli qrup oldu və məktəbi bitirəndə onlara tərcüməçilik diplomu verildi. Dedi ki, mən beynəlxalq münasibətlərə getmək istəyirəm. Dedim ki, mənə bir nəfər azərbaycanlı səfir adı deyə bilərsənmi? Bala, məhv olarsan, bu yolu seçmə. Nə isə, ağladı, əl çəkmədi. Xalq Təsərrüfatı İnstitutunda o vaxt Zeynal müəllim vardı, Allah rəhmət eləsin, girdim qəbuluna, xahiş elədim ki, Elmarı fikrindən daşındırsın.

Razılaşdıq, 20 dəqiqədən sonra Elmar Zeynal müəllimin yanından çıxıb dedi ki, ata, səni çağırırlar. Zeynal müəllim dedi ki, oğlun məni qurutdu, bu anadangəlmə diplomatdır.

Onu göndərdilər Kiyevə – beynəlxalq münasibətlər fakültəsinə. Oranı bitirib gəldi, göndərdilər Xalq Təsərrüfatı İnstitutuna laborant, yataqxanada da bir çarpayı verdilər. Mən də dedim ki, hə, yoldaş diplomat, aldınmı payını?

Amma sonradan dil bildiyinə görə rəhmətlik Elmira Qafarova onu SSRİ Diplomatiya Akademiyasında aspiranturaya göndərdi. Oranı da oxudu gəldi, Amerikaya göndərdilər, orada da bir neçə il işlədi. Beləliklə xarici işlər naziri oldu”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə