Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Heydər Əliyev və Müasir Azərbaycan Dövləti”
“Heydər Əliyev və Müasir Azərbaycan Dövləti”
11 May 2017 / 16:41 / Baxış sayı: 170
Font1 Font2 Font3 Font4

Azərbaycan Milli QHT Forumunun (MQF) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Müasir Azərbaycan Dövləti” adlı tədbir keçirildi.

Azərbaycan Milli QHT Forumunun (MQF) təşkilatçılığı ilə 10 may 2017-ci il tarixində saat 14:00-da Bakı QHT Resurs və Təlim Mərkəzində Ulu Öndər Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Müasir Azərbaycan Dövləti” adlı tədbir keçirildi.

Tədbiri çıxış sözü ilə açan Milli QHT Forumunun prezidenti Rauf Zeyni Azərbaycan xalqının görkəmli oğlu, böyük dövlət xadimi, dünya şöhrətli siyasətçi, Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin yaranması və formalaşmasında, Sovet dövründə və müstəqillik dövründə Azərbaycan Konstitusiyasının qəbul olunmasında, Azərbaycan milli, hərbi, siyasi, mədəni elitasının yaranmasında, o cümlədən, Azərbaycan vətəndaşlarının xaricdə təhsil almasında, Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılmasında, müasir Azərbaycan dilinin inkişafında, Azərbaycan Respublikasının aqrar ölkədən sənaye ölkəsinə çevrilməsində və digər sahələrdə göstərdiyi tarixi xidmətlər haqqında qısa məlumat verdi, Ulu Öndər Heydər Əliyev fenomeninin araşdırılmasına böyük ehtiyac olduğunu qeyd etdi.

Tədbirdə iştirak edən görkəmli ziyalılar – Leyla Gərayzadə, Faiq İsmayılov, Çingiz Bayramov, Ceyhun Hacıbəyov, İradə Rizazadə, Esmira Rəhimova, Həmid Cəfərov, Rəna Səfərəliyeva, Sultan Əzimzadə, Şahin Qədirov, Namiq Həsənov, Qiyas Məmmədov, Sücəddin Abdullayev, İlham İsmayılov, Akif Bayramov, Hacı Məhəmməd Heydər Əliyev haqqında indiyədək ictimaiyyətə məlum olmayan maraqlı, tarixi və şəxsi xatirələrini tədbir iştirakçılarının diqqətinə çatdırdılar.

Daha sonra tədbir iştirakçıları Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etdilər.

arxiv.bizimxeber.az

qht (1) qht (2) qht (3)



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə