Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ankarada öldürülən rus səfirin son arzusu…
Ankarada öldürülən rus səfirin son arzusu…
11 May 2017 / 17:10 / Baxış sayı: 568
Font1 Font2 Font3 Font4

Ankarada sui-qəsd nəticəsində öldürülən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun yeganə arzusu atasının doğulduğu Klintsin şəhərinin Türkiyədəki şəhərlərin biri ilə qardaşlaşması idi.

Axar.az xəbər verir ki, bu haqda onun həyat yoldaşı Marina Karlova yerli mətbuata danışıb.

Onun sözlərinə görə, bu, Karlovun son arzularından idi:

“Bu mövzu ilə bağlı demək olar ki, hər gün danışırdıq. Karlov hər söhbətdə bu arzusunu dilə gətirirdi. O istəyirdi ki, Türkiyə və Bryansk bölgəsi (Klintsi şəhəri burada yerləşir – red.) arasındakı iqtisadi əlaqələr inkişaf etsin. Son dəfə bu haqda ölümündən iki həftə öncə danışmışdıq. Arzusunu reallaşdırmaq üçün əlimdən gələni edəcəyəm”.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov ötən il 19 dekabrda Çankaya Müasir İncəsənət Mərkəzində keçirilən sərginin açılışında çıxışı zamanı güllələnərək öldürülüb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə