Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakının mərkəzində ağacı deşib içərisinə benzin tökdülər – VİDEO
Bakının mərkəzində ağacı deşib içərisinə benzin tökdülər – VİDEO
11 May 2017 / 18:52 / Baxış sayı: 686
Font1 Font2 Font3 Font4
Çinar ağacı, uzun ömürlü və dayanıqlı olması ilə tanınan, olduqca iri bir gövdəyə və geniş yarpaqlara malik ağac növüdür. Gövdəsi mebel istehsalında istifadə edilən çinar ağacının yarpaqları isə son illərdə aparılan araşdırmalara görə, insan sağlamlığı üçün saysız-hesabsız faydası varmış. Nadir və nəsli kəsilməkdə olan bitki kimi Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilən çinar ağacının Bakının mərkəzində məhv edilməsi prosesinə başlanıb.
Söhbət “Tarqovi” adlanan ərazidəki “McDonalds”ın qarşısında yerləşən çinar ağacından gedir. Məsələ ilə bağlı bağbana müraciət etdim. O, mənə bildirdi ki, onlar üzərində düşən vəzifəni həyata keçirirlər və burada olan yaşıllıqlara vaxtı-vaxtında qulluq edirlər.  O, çinarın qurumasına səbəb kimi ağacın gövdəsində üç oyuğun açılmasını və onun kökünə yanacaq məhsulunun tökülməsini bildirdi.
Məsələ ilə bağlı olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu göndərdim. Sorğum əsasında Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşı Fəxrəddin İsgəndərov əraziyə baxış keçirdi. O, bildirdi ki, çoxillik xüsusi görkəmə malik xan çinarı qərəzli şəkildə müxtəlif üsullarla qurudulmağa başlanılıb: “Həmin fakt təqsirləndirilənin müəyyən edilməsi üçün hüquq mühafizə orqanlarına göndərmək məqsədi ilə sənədləşdirildi”.


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə