Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gəncədə yola pul səpildi – Dəbdəbəli toyu hansı polis rəisi edib?
Gəncədə yola pul səpildi – Dəbdəbəli toyu hansı polis rəisi edib?
11 May 2017 / 19:08 / Baxış sayı: 2702
Font1 Font2 Font3 Font4
Gəncə şəhərində toy karvanında yola çoxlu pul səpilib. Yaxınlıqdan keçən sürücülərin avtomobilləri saxlayaraq digər şəxslərlə birlikdə pul yığması səbəbindən avtomobil yolunda nəqliyyatın hərəkəti bir neçə dəqiqəlik dayanıb. 
Report-un məlumatına görə, şəhərin Ataturk prospektində “Xan bağı” parkının qarşısında hərəkətdə olan toy karvanında olan avtomobillərdən yola pul səpilib. İçərisində 10 manatlıq əksinazların da olduğu pulları yığmaq istəyən vətəndaşlar, habelə onlara qoşulan maşın sürücüləri nəqliyyatın hərəkətinin bir neçə dəqiqəlik dayanmasına səbəb olub.
arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, mayın 8-də Gəncə şəhərində yaxın rayonlardan birinin  (?) polis rəisi qızına möhtəşəm toy məclisi qurub. Gəncədəki bahalı restoranlardan birində baş tutan toyda məmurlar, millət vəkilləri  və icra başçılarının da iştirak etdiyi deyilir.
Məlumatda bildirilir ki, toy məclisi dəbdəbəli keçirilib və 100 minlik toy hesab olunub. Ehtimal ki, şəhərin Ataturk prospektində “Xan bağı” parkının qarşısında yerə səpilən pullar və tıxac da bu toya aid olub.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə