“Bizimxeber” Apa-ya istinadən xəbər verir ki, “Azərsun Holding”ə məxsus yük Ukraynadakı tədarükçü tərəfindən aparılan danışıqlar nəticəsində azad edilib.

Yük Azərbaycana yola salınıb. “Azərsun Holding”in mətbuat xidmətinin rəhbəri Afiq Səfərov bildirib ki, yük Holdingin Qafqaz Konserv Zavoduna məxsusdur.

Digər yükdən isə heç bir xəbər yoxdur.

Qeyd edək ki, son bir neçə ay ərzində Ukrayna ərazisində içərisində Azərbaycana məxsus şirkətlərin yükü olan 20-dək maşın oğurlanıb. Bununla bağlı Ukrayna hüquq-mühafizə orqanlarına və Ali Radaya (parlament) müraciət olunsa da, hələlik nəticə yoxdur.

arxiv.bizimxeber.az