Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Müəllimə dərs zamanı öldü – VİDEO – YENİLƏNDİ
Müəllimə dərs zamanı öldü – VİDEO – YENİLƏNDİ
12 May 2017 / 10:57 / Baxış sayı: 532
Font1 Font2 Font3 Font4

Qax rayonu Turaclı kəndindən olan 1966-cı il təvəllüdlü Gülxar Nadir qızı Babayevanın vəziyyəti dərs zamanı qəflətən pisləşib. Hadisə Arif Abbasov adına Turaclı kənd tam orta məktəbində baş verib.

Qax Rayon Təhsil Şöbəsindən Publika.az-a verilən məlumata görə, təcili olaraq rayon mərkəzi xəstəxanasına yerləşdirilən 51 yaşlı müəllimə Gülxar Nadir qızı Babayevanın həyatını xilas etmək mümkün olmayıb. 51 yaşlı müəllimə xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

Şöbədən bildirilib ki, Təhsil Nazirliyi tərəfindən Qax Olimpiya İdman Kompleksində ümumtəhsil məktəblərində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ayın 13-də keçiriləcək.

 

***

Sputnik Azərbaycan saytı hadisənin təfərrüatı ilə bağlı məlumat yayıb.

Məlumata görə, müəllimə dərsdə deyil, müəllimlərin diaqnostik qiymətləndirməsi məqsədilə keçirilən imtahanda dünyasını dəyişib.

Hadisə Qax rayonunda keçirilən müəllimlərin diaqnostik qiymətləndirməsi zamanı baş verib. Belə ki, Təhsil Nazirliyi tərəfindən Qax Olimpiya İdman Kompleksində ümumtəhsil məktəblərində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib. Qiymətləndirmədə 12 mindən artıq müəllim iştirak edib.

Qiymətləndirmənin gedişi zamanı Qax rayonu Turaclı kəndindən olan 1966-cı il təvəllüdlü Gülxar Nadir qızı Babayevanın halı qəflətən pisləşib. Onu dərhal Təcili Tibbi Yardım maşını ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 51 yaşlı Gülxar Babayeva təqribən bir saatdan sonra dünyasını dəyişib.

Xəstəxanadan müəllimənin bərk həyəcan keçirməsi səbəbindən öldüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə