Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

4 ayda büdcəyə 530 milyon manat ödənilib – SOCAR
4 ayda büdcəyə 530 milyon manat ödənilib – SOCAR
12 May 2017 / 12:16 / Baxış sayı: 170
Font1 Font2 Font3 Font4

Bu ilin aprel ayında Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən dövlət büdcəsinə 133 milyon 659 min manat vəsait ödənilib. arxiv.bizimxeber.az-a SOCAR-dan verilən məlumata görə, bu göstərici 2016-cı ilin aprel ayı ilə müqayisədə 13 milyon 814 min manat və ya 11,5% çoxdur.

Ümumiyyətlə, bu ilin yanvar-aprel aylarında büdcəyə 530 milyon 302 min manat vəsait ödənilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 85 milyon 327 min manat və ya 19,2% çoxdur.

Bundan əlavə, bu ilin aprel ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 13 milyon 247 min manat vəsait köçürüb. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 109 min manat və ya 0,8% çoxdur.

Bu ilin yanvar-aprel aylarında SOCAR tərəfindən DSMF-yə ödəniş 49 milyon 515 min manat təşkil edib ki, bu da 2016-cı ilin yanvar-aprel ayları ilə müqayisədə 4 milyon 407 min manat və ya 9,8% çoxdur.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə