Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Neft estekadaları arasında “balıq mafiyası”: cavabdeh kimdir? – FOTOLAR
Neft estekadaları arasında “balıq mafiyası”: cavabdeh kimdir? – FOTOLAR
12 May 2017 / 12:22 / Baxış sayı: 1396
Font1 Font2 Font3 Font4

“Azneft” İstehsalat Birliyinin strukturlarına daxil olan Neft Qaz Çıxarma İdarələrində (NQÇİ) qəza baş verəndə, bu qəza ən vacib faktor olan insan itkisi ilə nəticələnəndə, ictimaiyyətin ağlına ilk gələn bu olur ki, bəlkə təxribatdır?”. 

“Qaynarinfo.Az” xəbər verir ki, bunu Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bildirib.

“Biz bir hüquq-müdafiə təşkilatı olaraq deyirik – bu, ölkə qanunvericiliyinin pozulmasının nəticəsidir. Şəkillərə diqqət yetirin – Neft Daşları NQÇİ-yə məxsus ərazidə balıq biznesi ilə məşğul olan balıqçı qayıqlarıdır. Bu həmişə müşahidə olunur. Təsadüf deyil.

NQÇİ-nin estakadalarının arası ilə, heç bir rəsmi icazəsi olmayan, bütün qadağalara baxmayaraq, balıqçı “lodka”ları tor ataraq, o baş bu başa şütüyürlər. Aldığımız məlumatda o da qeyd edilir ki, balıqçıların sahibi bunun üçün kimə lazımdır “hörmətlərini” edir.

Doğurdan da, yoxsa bu kənar adamlar üzərindən neft və qaz xətləri keçən strateji əhəmiyyətli estakadaların altı ilə hərəkət edərək istədiklərini etməzdilər. Kim zəmanət verə bilər ki, bu balıqçı gəmiləri dövlətimiz üçün xüsusi əhəmiyyəti olan, strateji obyektdə hər hansı bir fəsad törədə bilməzlər?

Onu da qeyd edim ki, Neft Daşlarında dövlətə məxsus belə qayıqlar yoxdur. Bunlar 2-3 nəfərlik balıqçı qayıqlarıdır. Onu da bildirib ki, şəkildə arxada görünən obyekt ARDNŞ-nin mühüm strateji əhəmiyyətli Neft Yığım Məntəqəsidir”,-deyə Mirvari Qəhrəmanlı bildirib.

Mirvari xanımın sosial şəbəkədəki paylaşımına reaksiya verən SOCAR-ın İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı İbrahim Əhmədov isə yazıb ki, bu qayıqlara nəzarət onların səlahiyyətində deyil: “Qayıq və gəmilərə nəzarət Azneft İB-nin səlahiyyətində deyil. Hər halda qayıqların yolunu kəsmək, onları buraxmamaq üçün lazım olan vasitələr də Azneft İB-də mövcud deyil. Düşünürəm ki, vətəndaşlar bununla bağlı müvafiq orqanlara müraciət edə bilərlər”.

Öz növbəsində Mirvari xanım da bu şərhə maraqlı reaksiya verib: “SOCAR sözçüsünün şərhi, sübut edir ki balıqçı qayıqlarının sahibi çox “güclüdür”… Strateji əhəmiyyətli obyektləri hansısa qurumlar qorumalıdır, yoxsa vətəndaşlar?”



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə