Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“JEK” rəisi 10 il cəza aldı – 470 min manatlıq cinayət
“JEK” rəisi 10 il cəza aldı – 470 min manatlıq cinayət
12 May 2017 / 12:32 / Baxış sayı: 382
Font1 Font2 Font3 Font4

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan 37 yaşlı Namiq Quliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Rasim Sadıxov sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, N.Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Namiq Quliyev Nərimanov rayonu 30 saylı Mənzil Kommunal İstehsalat Birliyində (MKİS) rəis işləyib. O, 2007-ci ildə Sahib Umudov və Əli Allahverdizadədən torpaq sahələrini özəlləşdirmək adıyla 470 min manat pul alıb. N.Quliyevin verdiyi vədə əməl etmədiyini görən S.Umudov və Ə.Allahverdizadə aldanıldıqlarını başa düşüblər. Hər iki zərərçəkmiş ötən ilin fevral ayında Nərimanov Rayon Polis İdarəsinə şikayət ediblər.

Zərərçəklərin şikayəti əsasında Namiq Quliyev həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2(külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə