Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ermənistan istehsalı olan məhsullar saxlanıldı – Sərhəddə
Ermənistan istehsalı olan məhsullar saxlanıldı – Sərhəddə
12 May 2017 / 16:12 / Baxış sayı: 182
Font1 Font2 Font3 Font4

Dövlət Sərhəd Xidməti tərəfindən aprel ayında dövlət sərhədini pozduqlarına görə 40 nəfəri saxlanılıb. arxiv.bizimxeber.az-ın DSX-nın saytına istinadən məlumatına görə, onların 13-ü  Azərbaycan, 5-i İraq, 4-ü Özbəkistan, 4-ü Tacikistan, 3-ü Pakistan, 3-ü İran, 2-si Gürcüstan, 2-si Nigeriya, 2-si Qana, hər ölkədən 1 nəfər olmaqla Türkiyə, Kamerun vətəndaşları olub.

 

Sərhəd rejim qaydalarını pozarkən 672 halda 854 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 323 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

 

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 10 kq 046,3 qram narkotik maddə aşkar edilərək götürülüb.

 

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində ümumi dəyəri təqribən 555 min 368 manat olan qaçaqmal, o cümlədən  2 tüfəng, 1 tapança, 2 pnevmatik tapança, 3 tank əleyhinə mina, 775 patron, 1 tapança darağı, 1 ov bıçağı, 1 optik cihaz, 1 kompas, 710000 Rusiya Federasiyası rublu, 4980 qram civə, 44 gümüş əşya, 10 qayıq, 7 elektron kassa aparatı, 12 kiloqram zəli, 14171 qutu siqaret, 79 mobil telefon, 15660 müxtəlif növ dərman preparatları, 17 Ermənistan istehsalı olan spirtli içkilər, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə