Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Kriminal kral” öldü: Onu Abromoviçin qayınatası ilə nə birləşdirirdi?
“Kriminal kral” öldü: Onu Abromoviçin qayınatası ilə nə birləşdirirdi?
12 May 2017 / 17:33 / Baxış sayı: 610
Font1 Font2 Font3 Font4

Odessanın “kriminal kralı” öldü, “Saşa Angel” adı ilə məşhur olan 62 yaşlı Aleksandr Anqert ölüb.

Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bu haqda Feysbuk səhifəsində Baş prokurorluğun keçmiş baş müstəntiqi Qalina Klim yazıb.

O, onkoloji xəstəlikdən ölüb. Qeyd edilir ki, “kriminal kralı” Londonda yaşayırdı və İsraildə bir neçə dəfə müalicə olunub. Yaxın vaxtlarda isə Avstriya klinikasında kimya kursunu keçib.

1979-cu ildə qəsdən adam öldürməyə görə həbs olunan Anqertin kriminal karyerası başlanıb. 1990-cı ildə azadlığa çıxıb. Bundan sonra Valeri Tomal və Viktor Kulivar kimi Odessanın kriminal “köpək balıqları” ilə əməkdaşlığa başlayıb.

Bizneslə kriminalitetin bitişməsinin fonunda, Angel məşhur Rusiya sahibkarı, milyarder Roman Abramoviçin indiki qayınatası Aleksandr Jukovun partnyoruna çevrilir. Jukov da öz kapitalının əhəmiyyətli hissəsini işgüzar olmayan, “kölgə metodları” ilə – Odessa limanı vasitəsilə Rusiya nefti, həmçinin silahla ticarət edərək qazanıb. O da Anqert kimi yaşamaq üçün Böyük Britaniya paytaxtını seçib.

Odessanın “kriminal kralı” qeyri-kütləvi insan idi. Açıq mənbələrdə onun cəmi bir şəkli var idi. Ancaq 1997-ci ildə bu qayda pozulur. O, şəhər meri Eduard Qurvislə informasiya münaqişəsinə daxil olur və münasibətlərin müəyyənləşdirilməsi üçün meydança kimi Odessa telekanalları seçilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə