Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Birinci xanımın saatı hərraca çıxarıldı
Birinci xanımın saatı hərraca çıxarıldı
12 May 2017 / 19:23 / Baxış sayı: 282
Font1 Font2 Font3 Font4

ABŞ-ın birinci xanımı olmuş Jaklin Kennedinin qol saatı hərraca çıxarılıb.

Publika.az xəbər verir ki, Nyu Yorkda “Rockefeller Centre”də hərraca qoyulan saat 750 əyarlı qızıldan hazırlanıb. Vaxtilə bu saatı ona şahzadə Stanislav Radzivil hədiyyə edibmiş.

Saatın üzərində Stanislavın imzası və tarix yazılıb. İlkin qiyməti 120 min dollardır. “Cartier” firmasından olan saat safir və brilyantlarla işlənib.

Jaklin Kennedi 1961-1963-cü illərdə birinci xanım olub. Qısa müddətdə ABŞ-ın birinci xanımı olmasına baxmayaraq, çox məşhurluq qazanıb və dəb ikonası sayılır. Jaklin Kennedi bu saatı Hindistanın baş naziri Cəvahir Ləl Nehrunun şərəfinə təşkil olunan qəbul zamanı taxmışdı.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə