Həmin 12 ölkənin siyahısını təqdim edirik:

1. ABŞ – Hökumət özünün müəyyən etdiyi ərazilərə 500 min dollar investisiya qoyan və ya 1 milyon dollar kapitallı şirkət quranlara müddətsiz oturum icazəsi verəcək. İnvestisiyanın 5-ci ilində isə vətəndaşlıq almaq hüququ verilir.

2. Almaniya – Hökumət 250 min avro kapitalla ölkədə iş qurub vətəndaşları işlə təmin edən şəxslərə əvvəlcə oturum icazəsi, daha sonra vətəndaşlıq verəcəyini bildirib.

3. Dominikan Respublikası – Hökumət ölkəyə üz tutan əcnəbilərə adam başına vətəndaşlıq hüququ üçün 100 min dollarlıq, ailəvi yaşayış üçün isə 200 min dollarlıq sərmayə qoymalarını bildirib.

4. Latviya – Şimali Avropada yerləşən Latviyanın Aİ üzvü olan ölkələr arasında xarici investorlar üçün icazə verdiyi faktiki qiymət kvotası belədir: ölkəyə gələn şəxslər böyük şəhərlərdən ən az 143 min avro dəyərində, kənd yerlərindən isə ən azı 71 min 500 avro dəyərində ev almalıdırlar.

5. İrlandiya – Hökumət ölkədə yaşamaq üçün müraciət edən insanlara 400 min avro dəyərində daşınmaz əmlak aldıqları təqdirdə oturma icazəsi verəcəyini bildirib.

6. İspaniya – Hökumət xarici investorlara oturum icazəsi verən qanunu rəsmi olaraq təsdiqləyib. Bundan sonra İspaniyada 160 min avro dəyərində daşınmaz əmlak alan xaricilər birbaşa oturum icazəsi almaqla yanaşı, vizasız səyahət hüququ da əldə edəcəklər.

7. Kanada – Bu ölkədə vətəndaşlıq hüququ əldə etməyin yolu 400 min dollar investisiya və 800 min dollarlıq bank hesabından keçir. Ölkə bu şərtlər altında xaricilərə oturum icazəsi verir.

8. Makedoniya – Hökumət ölkəyə üz tutan xaricilərə eyni anda iki fürsət verir. Ölkə 40 min avro dəyərində daşınmaz əmlak alan əcnəbilərə 1 illik oturum icazəsi, 400 min avro dəyərində investisiya qoyan iş adamlarına isə birbaşa vətəndaşlıq hüququ vəd edir.

9. Portuqaliya – İşsizlik və iqtisadi böhranla mübarizə aparan ölkələrdən biri də Portuqaliyadır. Hökumət ölkədə ən az 500 min avro dəyərində daşınmaz əmlak alan əcnəbilərə vizasız gediş-gəliş hüququ verir. Portuqaliyada xüsusi bir imkan daha yaradılıb. Ölkədə ən az 10 nəfəri işlə təmin edə biləcək biznes quran iş adamlarına da oturum icazəsi veriləcək.

10. Uruqvay – Cənubi Amerikada yerləşən Uruqvay ölkədə işləyən, aylıq məvacibləri 1200 dollar olan əcnəbilərə üç illik müvəqqəti oturum izni və vətəndaşlıq hüququ verir.

11. Ukrayna – Hökumət ölkəyə vizasız giriş-çıxış və sərhədsiz oturum icazəsi üçün əcnəbilərə ölkə daxilində 100 min dollar kapitalla şirkət açmağı təklif edir.

12. Yunanıstan – Hökumət ölkə daxilində yaşayan əcnəbilərə maraqlı fürsət verib. Ölkədə 250 min avro dəyərində daşınmaz əmlak alan xaricilərə 5 illik oturum icazəsi verilir. Bura işləmək üçün icazə daxil deyil. Yunanıstanda əcnəbilərin icazəsiz işləməsi qadağandır. (publika)

arxiv.bizimxeber.az