Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Xalq artisti xəstəxanadan evə buraxıldı
Xalq artisti xəstəxanadan evə buraxıldı
12 May 2017 / 21:49 / Baxış sayı: 242
Font1 Font2 Font3 Font4

Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, xalq artisti Rafael Dadaşov xəstəxanadan evə buraxılıb.

Bu barədə APA-ya Rafael Dadaşov özü məlumat verib. O bildirib ki, səhhətindəki problemlər tam aradan qaldırılmasa da, özünü nisbətən yaxşı hiss edir: “İlk günlərlə müqayisədə əlbəttə, yaxşıyam. Təzyiq problemi qaydasına düşüb, məni kəskin şəkildə narahat etmir. Həkimlərin məsləhəti ilə evə buraxıldım, amma bu, o demək deyil ki, müalicələr davam etməyəcək. Ola bilər, növbəti günlərdə yenidən həkimə müraciət edim. Çünki tam sağalmışam deyə bilmərəm. Tamaşaçılar, mənim sənətimi qiymətləndirən insanlar narahat olmasınlar, səhhətimdə ciddi mənada problem yoxdur. Mənimlə maraqlanan, mənə görə qayğılanan insanlara minnətdaram, inanıram ki, hər şey yaxşı olacaq”.

Qeyd edək ki, xalq artisti Rafael Dadaşov mayın 8-də Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yeriləşdirilmişdi.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə