Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yevlaxda ağır yol qəzası baş verib, ölənlər var- FOTO – YENİLƏNİB
Yevlaxda ağır yol qəzası baş verib, ölənlər var- FOTO – YENİLƏNİB
12 May 2017 / 23:27 / Baxış sayı: 872
Font1 Font2 Font3 Font4

Yevlax rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsində ölənlərin və xəsarət alan şəxsin kimliyi məlum olub.

“Report”un yerli bürosunun məlumatına görə, hadisə zamanı ölənlər Yevlaxın Salahlı kəndinin sakinləri: “VAZ-2107” markalı avtomobilin sürücüsü, 1963-cü il təvəllüdlü Səfərov Riyad Surxay oğlu, həmin avtomobilin sərnişini, 1961-ci il təvəllüdlü Kəlbəcər rayonundan olan məcburi köçkün Həşimov İlyas Yunus oğlu, habelə “VAZ-21015” markalı avtomobilin sürücüsü, 1992-ci il təvəllüdlü, Tərtər rayonunun Cəmilli kənd sakini Zülqədərli Zülqədar Üzeyir oğlu, “VAZ-21015” markalı avtomobilin sərnişini, Mingəçevir sakini, 1988-ci il təvəllüdlü Zeynalov Pərviz Fərəc oğlu, 1993-cü il təvəllüdlü Mingəçevir sakini Allahverdiyev Zahir Həsən oğludur.

Hadisə zamanı həmçinin “VAZ-2107” markalı avtomobilin sərnişini 1994-cü il təvəllüdlü, Kəlbəcər sakini Alışanov Tural Əfqan oğlu ağır xəsarət alıb. O, Mingəçevir Şəhər Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

***

Yevlax rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsində ölənlərin üçü Yevlax, ikisi isə Mingəçevir şəhərinin sakinləridir.

“Report”un yerli bürosunun məlumatına görə, hadisə zamanı hər iki avtomobildə 3 nəfər olub.

Ölənlərdən 3-ü Yevlaxın Salahlı kəndinin, digərləri isə Mingəçevir şəhərinin sakinləri, “Veysəloğlu” şirkətinin əməkdaşlarıdır.

Cəsədlərin avtomobillərdən çıxarılmasına FHN-nin Mingəçevirdən göndərilmiş briqadası cəlb edilib və xüsusi alətlərdən istifadə olunub.

Qeyd edək ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Tanrıqulular kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “VAZ-21015” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanaya aparılarkən yolda ölüb.

***20:53

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qərb bürosunun verdiyi məlumata görə, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Tanrıqulular kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-21015” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə