Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ haker hücumlarına qarşı beynəlxalq yardım təklif etdi
ABŞ haker hücumlarına qarşı beynəlxalq yardım təklif etdi
13 May 2017 / 10:36 / Baxış sayı: 128
Font1 Font2 Font3 Font4

ABŞ-ın Daxili təhlükəsizlik nazirliyi haker hücumlarına qarşı beynəlxalq yardım təklif edib.

 

APA-nın məlumatına görə, bu barədə nazirliyin rəsmi saytında bildirilir.

 

Məlumatda qeyd olunur ki, kompüterləri sıradan çıxaran zərərverici proqram təminatı “Ransomware” kimi tanınır. Onun əmələ gətirdiyi problemlərin aradan qaldırılması üçün mart ayında xüsusi proqram vasitəsi (patç) buraxılıb.

 

“Biz son hadisələrlə əlaqədar fəal şəkildə informasiya mübadiləsi aparır və həm ABŞ-da, həm də beynəlxalq səviyyədə tərəfdaşlarımıza müvafiq texniki yardım göstərməyə hazırıq”, nazirliyin məlumatında vurğulanır.

 

Qeyd edək ki, mayın 12-də 74 ölkədə 45 min müxtəlif təşkilat haker hücumuna məruz qalıb. Kompüterlərin sistemlərini bloklayan, işin bərpası üçün  Bitcoin kriptovalyutasında 600 dollar ödəniş tələb edən zərərverici “WannaCry” virusu ən çox Rusiya ərazisindəki serverlərə ziyan vurub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə