Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

MTN-də agentura şəbəkəsinə ayrılan pulun miqdarı açıqlanıb
MTN-də agentura şəbəkəsinə ayrılan pulun miqdarı açıqlanıb
13 May 2017 / 10:47 / Baxış sayı: 490
Font1 Font2 Font3 Font4

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzi tərəfindən agentura şəbəkəsinə xərclənən pul vəsaitinin miqdarı açıqlanıb. 

APA-nın xəbərinə görə, bu haqda MTN-in Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işinin materiallarında qeyd edilib.

Antiterror Mərkəzində əməliyyat xərcləri maddəsi ilə ayrılmış vəsaitlərin xərclənməsinə dair arayışdan görünür ki, 2011-2015-ci ilin hər 10 ayı ərzində əməliyyat xərcləri üzrə nəzərdə tutulmuş “9-cu maddə” üzrə Antterror Mərkəzinə 8.319.533.45 AZN, 2.033.467 ABŞ dolları və 450.570 avro məbləğində pul vəsaiti verilib.

Qeyd olunur ki, Əks- Kəşfıyyat Əməliyyatları işi üzrə cəmi 5.148.735 AZN və 1.358.500 ABŞ dolları pul vəsaitinin mənimsənildiyini qənaətinə gəlinib.

MTN-in Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır. Onlar bir sıra cinayətlərdə ittiham olunurlar.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə