Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şirkət işçilərinin öldüyü qəza ilə bağlı – Yeni məlumatlar
Şirkət işçilərinin öldüyü qəza ilə bağlı – Yeni məlumatlar
13 May 2017 / 11:08 / Baxış sayı: 1284
Font1 Font2 Font3 Font4
Dünən axşam saatlarında Yevlaxın Tanrıqulular kəndində 5 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar aydınlaşıb.
Lent.az xəbər verir ki, ilkin araşdırma zamanı məlum olub ki, Yevlax rayon Salahlı kənd sakini, 1963-cü il təvəllüdlü Səfərov Ziyad Surxay oğlunun idarə etdiyi 20 CF 226 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik maşınla Tərtərin Cəmilli kənd sakini, 1992-ci il təvəllüdlü Zülqədarlı Zülqədar Üzeyir oğlunun idarə etdiyi 50 CE 046 nömrə nişanlı “VAZ 21015” markalı avtomobil sürət həddinin aşılması nəticəsində toqquşub. Belə ki, həmin yol xeyli vaxt təmirsiz vəziyyətdə olub və avtomobillər burada saatda 60 kilometr sürətdən artıq hərəkət edə bilmirmiş. Bir müddət əvvəl isə yol tamamilə yenidən qurulub və sürət həddi də artıb. Hadisə vaxtı avtomobillərin ən azı saatda 110-120 kilometr sürətlə hərəkət etdiyi bildirilir.
Qeyd edək ki, “VAZ 21 015”də vəfat edən 3 nəfər – 25 yaşlı Zülqədər Zülqədərli, 29 yaşlı Pərviz Zeynalov və 24 yaşlı Zahir Allahverdiyecv “Veysəloğlu” şirkətinin regional satış və paylama şəbəkəsinin işçisi olub.
Faktla bağlı Yevlax Rayon polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə