Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Eldar Mahmudovun məxfi “Şimal küləyi” əməliyyatı
Eldar Mahmudovun məxfi “Şimal küləyi” əməliyyatı
13 May 2017 / 12:07 / Baxış sayı: 822
Font1 Font2 Font3 Font4

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işində “Qütb gecəsi” və “Şimal küləyi” əks-kəşfiyyat əməliyyatları işi üzrə sənədlərin məhv edildiyi açıqlanıb.

Virtualaz.org saytının xəbərinə görə, ittiham aktında qeyd edilib ki, nazirliyin Maliyyə İdarəsinin hesablamalarında adları keçən bir çox etibarlı şəxslər barəsində “Qütb gecəsi” əks-kəşfiyyat əməliyyatları işi üzrə məlumat almaq mümkün olmayıb.

Məlum olub ki, 2013-cü ildə keçirilən prezident seçkiləri ərəfəsində “destruktiv qüvvələr mövqeyindən ölkəmizə qarşı aparılan mümkün təxribat pozuculuq əməllərinin aşkarlanması, qarşısının alınması, sənədləşdirilməsi, düşmənə dezinformasiyasının ötürülməsi və əməliyyat oyunlarının aparılması məqsədi ilə” 2011-ci ildə 25 saylı “Şimal küləyi” Əks-Kəşfıyyat Əməliyyatları işi açılıb.

Lakin 2013-cü ilin dekabr aynda sabiq nazir Eldar Mahmudovun sanksiyası ilə iş bağlanıb və bütün materiallar məhv edilib. Antiterror Mərkəzinin 1-ci İdarəsinin rəis müavini, polkovnik-leytenant A.Məcidov bu iş üzrə də ayrılmış vəsaiti mərkəzin rəis müavini İlqar Əliyevə təqdim etdiyini bildirib, mahiyyəti üzrə nazirliyin rəhbərliyinin adına raportla müraciət edib.

Raportun təhlili göstərir ki, “Şimal küləyi” Əks-Kəşfıyyat Əməliyyatları işi çərçivəsində 3 milyon 791 min 235 manat, 253 min 500 ABŞ dolları məbləğində vəsait xərclənib.

Bundan başqa, ittiham aktına görə, E.Quliyevin xüsusi xərclər smetasına ayrılmış külli miqdarda pul vəsaitlərini mənimsəməsi bir daha, ona məxsus “Mercedes Benz GL” markalı 90-TT-757 dövlət qeydiyyat nişanlı avtomobilə 25 dekabr 2015-ci il tarixdə keçirilmiş baxış zamanı 47 səhifədən ibarət tam məxfi sənədlər qovluğun aşkar edilməsi ilə də təsdiqini tapıb.

Belə ki, E.Quliyevin 25 noyabr 2015-ci il tarixli əmrlə Antiterror Mərkəzinin rəisi vəzifəsindən azad olunub, başqa vəzifəyə təyin olunmasına baxmayaraq, o, mərkəzinin icraatında olmuş qeyd edilən materialı müvafiq qaydada təhvil verməyərək özündə saxlayıb. Həmçinin bu cür tipli sənədləri gizlətməyə cəhd etməsi onun bu və ya digər məxfi materiallar üzrə sənədləşmənin şəxsi maraqlarına uyğun şəkildə sərəncam vermə iqtidarında olmasına dəlalət edir.

Bununla yanaşı, istintaq zamanı həmin materialın məxfi qrifli olmasını nəzərə alaraq E.Quliyevin qeyd edilən əməlinə hüquqi qiymət verilməsi məqsədi ilə aşkar edilərək götürülmüş sənədlər Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib, hazırda bu istiqamətdə müvafiq tədbirlər davam etdirilir.

İttihama əsasən, göstərilən səbəbdən E.Quliyevin qanunsuz olaraq məxfi materialı özündə saxlaması ilə bağlı əməlləri üzrə istintaq davam etdirilməlidir.

Bizimesr.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə