Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanda ŞOK HADİSƏ: kənd mühasirəyə alındı, qatil yaxalandı – YENİLƏNİB
Azərbaycanda ŞOK HADİSƏ: kənd mühasirəyə alındı, qatil yaxalandı – YENİLƏNİB
13 May 2017 / 16:00 / Baxış sayı: 1278
Font1 Font2 Font3 Font4

Dünən Şəmkir rayon Məhkəməsindən qaçan Eşqin Murtuzov tutulub.

Bu barədə Lent.az-a Gəncə şəhər sakini, qətlə yetirilmiş Namiq Babayevin həyat yoldaşı Şəfəq Cəfərova məlumat verib. Bu ilin yanvarında Şəmkir rayonu ərazisində Gəncə sakini olan taksi sürücüsünü quldurluq zəminində öldürüb, avtomobilini ələ keçirən 21 yaşlı E.Murtuzov bu gün günorta saatlarında doğulduğu Seyfəli kəndində yaxalanıb.

Polislər əməliyyat məlumatı əsasında kəndi mühasirəyə alıb. Dağlıq ərazi istiqamətindən doğulub böyüdüyü evə yaxınlaşan E.Murtuzov yaxalanacağını görüb yarımçıq tikiliyə sığınıb. Polislər ondan təslim olmasını tələb edib. Qaça bilməyəcəyini görən gənc təslim olub.

*****

 

12:18

 

Azərbaycanda dustaq məhkəmə zalından qaçıb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə Şəmkir rayonunda baş verib.
Belə ki, Şəmkir Rayon Məhkəməsində mühakimə olunan Eşqin Murtuzov məhkəmə zalının pəncərəsindən çıxaraq qaçıb. Qəsdən adam öldürməkdə və digər cinayətlərdə təqsirləndirilən E.Murtuzovun tutulması istiqamətində tədbirlər görülür.
Qeyd edək ki, Şəmkir rayon Seyfəli kənd sakini, 1996-cı il təvəllüdlü E.Murtuzov bu ilin yanvarın 17-də həbs olunub. O, Şəmkir rayonunun Seyfəli kəndi ərazisində Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü sürücü Babayev Namiq Əli oğlunu bıçaqlayaraq ona məxsus avtomobili qaçırıb. E.Murtuzov Gürcüstana keçmək istəyərkən “Sınıq Körpü” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.
Onun bıçaqladığı Namiq Babayev isə 2 gün əvvəl yerləşdirildiyi xəstəxanada ölüb.
Qaçırılan “VAZ-2107” markalı avtomobil Şəmkir rayon Seyfəli kənd sakini, maşın ustası Kamal Kərimovda aşkarlanıb. Polisə ifadə verən K.Kərimov isə maşını həmkəndlisi E.Murtuzovdan aldığını bildirib.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə