Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Xüsusi xidmət orqanlarının əməkdaşı agentura şəbəkəsinə daxil ola bilməz”
“Xüsusi xidmət orqanlarının əməkdaşı agentura şəbəkəsinə daxil ola bilməz”
13 May 2017 / 12:37 / Baxış sayı: 334
Font1 Font2 Font3 Font4

Dünən sosial şəbəkələrdə və bir sıra kütləvi informasiya vasitələrində ləğv olunmuş MTN-in generallarının cinayət işləri üzrə istintaq tədbirləri nəticəsində ifşa olunmuş agentlərin adları çəkilib.

Azərbaycanda hələ də lüstrasiya haqqında qanun qəbul edilməyib və agentlərlə etibarlı şəxslərin adlarının açıqlanması milli qanunvericiliklə ziddiyyət təşkil edir, başqa sözlə, cinayət əməlidir.

İlk baxışdan, xüsusi xidmət orqanlarının agentura şəbəkəsinin üzvlərinin adlarının açıqlanması ilə bağlı Baş Prokurorluğun müstəntiqlərinə xeyli suallar meydana çıxır. Doğrudanmı, agentlərin adları MTN-in həbs edilmiş generalı, Antiterror Mərkəzinin keçmiş başçısı Elçin Quliyevin ittiham aktına daxil edilib?

Virtualaz.org Azərbaycanın xüsusi xidmət orqanlarındakı mənbələrinə bu sualla müraciət edib. Saytımıza xüsusi xidmət orqanlarındakı etibarlı mənbələrin verdikləri məlumata əsasən, burada söhbət agentura şəbəkəsinin subyektlərindən deyil, keçmiş nazir Eldar Mahmudovun yaxın ətrafındakı çuğullarından və etibarlı şəxslərindən gedir.

Məsələn, guya ifşa edilmiş MTN agenti – hüquq müdafiəçisi Elçin Behbudov agentura şəbəkəsinə daxil olmayıb və heç bir halda gizli əməkdaş kimi xidmətdə ola bilməzdi, çünki Xüsusi İdarənin hərbi əks-kəşfiyyatının istefada olan mayoru və MTN-in təqaüdçüsü idi. Xüsusi xidmət orqanlarının əməkdaşı agentura şəbəkəsinə daxil ola bilməz və bu jurnalistlərin uydurmasıdır. E.Behbudov Eldar Mahmudovun şəxsi çuğulu və etibar etdiyi şəxs olub.

Beləliklə, xüsusi xidmət orqanlarının müəyyən dəqiqləşdirməsindən sonra məlum olur ki, söhbət operativ fəaliyyətdə iştirak edən gizli agentura şəbəkəsindən və gizli əməkdaşlardan deyil, vur-tut xüsusi xidmət orqanlarının keçmiş rəhbərliyinin qeyri-qanuni fəaliyyətə və daxili siyasi mübarizəyə cəlb edilmiş çuğullarından və etibarlı şəxslərindən gedir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə