Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Samux rayonunda quldur dəstəsi fəaliyyət göstərir? – ŞOK FAKTLAR
Samux rayonunda quldur dəstəsi fəaliyyət göstərir? – ŞOK FAKTLAR
13 May 2017 / 14:13 / Baxış sayı: 4542
Font1 Font2 Font3 Font4

Bu ilin may ayının 5-də Samux rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayonun Qarayeri qəsəbə sakini, 1963-cü  il təvəllüdlü Əliyev Rəhim İsaq oğlu döş qəfəsinin kəsilmiş-deşilmiş yarası və bədənin müxtəlif hissələrinin əzilməsi xəsarətləri ilə xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. 

İlkin məlumatda qeyd olunurdu ki, R. Əliyev Qarayeri qəsəbəsində bir neçə nəfər tərəfindən avtomobilindən düşürülərək döyülüb və sonra da bıçaqlanıb.

arxiv.bizimxeber.az-a məlumat verən mənbə bildirir ki, əslində Samux rayonu Qarayeri qəsəbəsində ciddi hadisələr baş verir. Məlumatda qeyd olunur ki, baş verən hadisələr nə polis rəisini, nə rayon prokurorunu nə də sahə müvəkkilini narahatr etmir.

Əslində rayonda nə baş verir və insanları narahat edən nədir?

arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, rayonda 36 yaşlı Pərvin Əliyev adlı bir şəxs insanları qorxuya salıb. Bu Pərvin “Qanuni oğru” adı altında dəstə yaradıb xoşu gəlməyən adamları döydürür, istədiyi müəssisəyə, evlərə basqınlar təşkil edir.

Redaksiyaya müraciət edən şəxs bildirir ki, onun bu əməllərini bütün rayon rəhbərliyi bilsə də, tədbir görə bilmir: ” Dəfələrlə şikayət edilsə də, rəsmi formada ərizələr yazılsa da cavabsız qalır. Bu Pərvin Əliyev hamıya açıq şəkildə bildirir ki, haqq verirəm və buna görə də, məni kimsə tuta bilməz”. 

Məlumata görə, mayın 5-də baş verən bıçaqlanma hadisəsini də məhz Pərvin Əliyev öz atası Ələkbər adlı şəxlə birgə törədib: “Əliyev Rəhimi vuran şəxs Əliyev Pərvin Ələkbər oğludur. Anası Əliyeva Sahibə xanım orta məktəbdə müəllimə işləyir. Bu faktları Samux rayonunda hər kəs təsdiqləyər. Dəstə yaradıb hər kəsə hədə-qorxu gəlirlər. 

Bıçaqlanma hadisəsini törədən Əliyev Pərvin Rəhimə 5 bıçaq zərbəsi vurub: Əliyev Rəhim isa oğlu 5 bıçaq yarası ilə Gəncə şəhər 3 saylı şəhər xəstəxanasında müalicə olunur və vəziyyəti olduqca ağırdır. Əliyev Pərvin isə həbs olunmayıb və açıq-aşkar şəkildə rayonda yaşayır. Prokurorluqdan isə bildiriblər ki, guya Pərvin qaçıb”.

arxiv.bizimxeber.az-ın redaksiyasına müraciət edən Samur rayon sakini Daxili İşlər naziri Ramil Usubov, Baş prokuror Zakir Qaralov və aidiyyatı qurumların rəhbərliyindən xahiş edir ki, Rayonda yaranmış vəziyyətə nəzarəti gücləndirsinlər. Rayon sdakinləri, əsasən də  Qarayeri qəsəbəsi sakinləri Pərvin Əliyevin üzündən qorxu içində yaşayırlar.

Yəqin ki. aidiyyatı qurumlar bu faktı oxuduqdan sonra Samux rayonunda baş verənlər barədə araşdırma aparacaq və günahkarlar cəzalandırılacaq.

Bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

İlkin
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə