Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İş adamı itkin düşüb-Ukraynada
İş adamı itkin düşüb-Ukraynada
13 May 2017 / 19:19 / Baxış sayı: 330
Font1 Font2 Font3 Font4

“Bizimxeber” xəbər verir ki, Luqansk vilayəti Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, əslən Azərbaycanın Gəncə şəhərindən olan, 1970-ci il təvəllüdlü İsmayılov İsmayıl Qulu oğlu vilayətin Lisiçansk şəhəri ətrafında yaşadığı mülkdən yoxa çıxıb.

İş adamının səhər evdən çıxdığı və artıq bir həftədir geri dönmədiyi, onunla əlaqənin kəsildiyi bildirilir. İ.İsmayılov kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğuldur.

Xatırladaq ki, Luqansk münaqişə bölgəsi olsa da, Lisiçansk Ukraynanın nəzarətindədir.

Qeyd edək ki, son vaxtlar Ukraynada bir sıra azərbaycanlı iş adamları, bəzilərinin isə övladları oğurlanır və onların sərbəst buraxılması üçün pul tələb olunur. Bir müddət öncə isə Azərbaycan şirkətlərinə məxsus 20-dən çox yük maşını oğurlanıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə