Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mingəçevirdə evsizlərin yaşadığı binada müəmmalı hadisə – FOTOLAR
Mingəçevirdə evsizlərin yaşadığı binada müəmmalı hadisə – FOTOLAR
14 May 2017 / 15:33 / Baxış sayı: 290
Font1 Font2 Font3 Font4

Dünən Mingəçevir şəhərində istifadəsiz binada tapılan kişi meyitinin kimə məxsus olmasını müəyyənləşdirmək mümkün olmayıb.

Şəhərin 20 Yanvar küçəsində istifadəsiz qalmış dördmərtəbəli tikilidə aşkarlanmış yarıyanmış-yarıçürümüş kişi meyiti Patoloji Anatomiya Birliyinin Yevlax şöbəsinə aparılıb. 30-35 yaşlı həmin şəxsin üzərində hər hansı sənəd tapılmadığından adını müəyyənləşdirmək də mümkün olmayıb.

Bildirilir ki, meyitin tapıldığı binada xeyli vaxtdır ki, tüfeyli həyat tərzi sürən və evi olmayan insanlar yaşayır. Ölən şəxsin həmin insanlarla münasibətinin olub-olmadığı, bədbəxt hadisə nəticəsində və ya qəsdən öldürüldüyü də aydın deyil.

İlkin araşdırma zamanı məlum olub ki, həmin şəxs bir neçə gün əvvəl vəfat edib. Çünki binanın ətrafında güclü qoxu yaranıbmış və ətrafda yaşayan sakinlərin müraciətindən sonra orada axtarış aparılıb.

Qeyd edək ki, 16.01.2017-ci il tarixdə “Yeniavaz.com” saytında həmin binada yaşayan bomjlar barədə məlumat vermişdik. Mingəçevirdə tikintisi yarımçıq qalmış binada 2 nəfər 10 ildən artıqdır ki, bomj həyatı sürür. Onların belə demək mümkünsə, heç kimlə işləri yoxdur. Qalmağa yerləri olmadığı üçün onlar bu şəraitsiz soyuq, susuz, qazsız, beton divarları özlərinə sığınacaq seçiblər. Qeyri-millətdən olan 61 yaşlı kişi və 40 yaşlı qadın burada tüfeyli həyat sürürlər.

Həmin yazı ilə aşağıdakı linkdən tanış olmaq olar:

http://yeniavaz.com/NewsContent/ZNewsContent/16356

Esmira Hidayətova



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə