Böyük Britaniyanın məşhur özəl məktəblərindən biri olan “Highgate School”-un administrasiyası gender mənsubluğuna görə çətinliklər yaşayan oğlanlara yubka geyinməyə icazə verə bilər.
“Bizimxeber” oxu.az-a istindən xəbər verir ki, şagirdlər tərəfindən yaradılan qruplar gender cəhətdən neytral məktəb formasının və əvəzliyinin tətbiq edilməsini tələb edirlər.
“Əgər onlar (oğlanlar – red.) xoşbəxt olsalar və özlərini cinsəl mənsubluq cəhətdən daha təhlükəsiz hiss etsələr, bu, yaxşı ideya olar”, – deyə məktəbin direktoru Adam Petitt bildirib.
Highgate School administrasiyası yekun qərar vermək üçün şagirdlər və onların valideynlərini arasında sorğu keçirəcək.
arxiv.bizimxeber.az