Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sağlam Təhsil layihəsi… uğurla həyata keçirilir, özünü doğruldur
Sağlam Təhsil layihəsi… uğurla həyata keçirilir, özünü doğruldur
15 May 2017 / 1:57 / Baxış sayı: 4918
Font1 Font2 Font3 Font4

İndi müasir sivilizasiya dövrüdür. Bu dövrdə yüksək elmi səviyyə, dərin bilik tələb olunur. Onun üçün müasir gənclərimizin təhsilə yiyələnmələri vacib şərtlərdəndir. Təhsilin bünövrəsi məktəbdə qoyulur və hər bir millətin formalaşmasında ən vacib amildir.

Sovetlər dövründə Azərbaycan təhsili sözün həqiqi mənasında MDB-nin ən öndə dayanan sistemi idi. Azərbaycanı dünyaya tanıdan alimlərimiz, filosoflarımız, bəstəkarlarımız, yazıçılarımız məhz bu təhsil sisteminin şinelidən çıxmışdı. Odur ki, sovet təhsil sistemini lazımsız hesab etmək olmaz.

Təbii ki, müasir dünyaya inteqrasiya edən Azərbaycanın yeni və daha işlək təhsil sisteminə ehtiyacı var idi. Bunu ilk illər yaratmaq çətin olsa da, zaman-zaman sistemləşdirildi, daha konseptual formaya salındı. Hazırda Azərbaycan təhsil sistemi dünyanın böyük dövlətlərinin təhsil sistemi ilə ayaqlaşır, yeni və daha müasir sistemlər ölkəmizdə fəal istifadə metoduna çevrilir.

Ümumiyyətlə, təhsil almaq nəyə gərəkdir? Bu sualın bir cavabı var: daha güclü, daha qüvvətli olmaq. Bütün bunların fonunda hansı sistemlə təhsil alsaq daha güclü, savadlı olarıq? Müharibə şəraitində yaşayan bir ölkənin vətəndaşı, əsasən gəncliyi daha savadlı və ağıllı olmalıdır. Dünya elmin üzərində qurulur. Bütün bu problemlərin həlli yolu elm, təhsil yoludur.

Təhsilimizin daha da inkişaf etdirilməsi üçün «Təhsil Qanunları» hazırlanıb, fərmanlar verilir. Təhsil ocaqlarının, məktəblərin təmiri, yenidən qurulması, inşa edilməsinə böyük maddi vəsaitlər xərclənir. Bütün bunlarla yanaşı, biz müstəqil Azərbaycan vətəndaşları olaraq, təhsilimizin güclənməsi, inkişaf etdirilməsi üçün böyük işlər görməliyik: oxumalı, çalışmalı, uca zirvələr fəth etməliyik.

Odur ki, yeniliklərə imza atmalıyıq, təhsil sistemində yeniliklər etməliyik. Belə yeniliklərdən biri 2014-cü ildə edilidi. Azərbaycanda yeni pilot təhsil layihə “Sağlam Təhsil -Sağlam Millət” layihəsi yaradıldı. İlk aylar bu layihənin özəllikləri valideynlər tərəfindən anlaşılmasa da, qısa müddətdə özünü tanıtdı. Bu layihə hələlik Bakı və Sumqayıt şəhərlərindəki 30-dan artıq məktəbi əhatə edir. İldən ilə layihənin əhatə dairəsi böyüyür.

Ümumiyyətlə, Azərbaycan Təhsil sistemində əsas üstünlük “Kurikulum” təhsil sisteminə verilib. “Kurikulum” nədir? Onun “Sağlam Təhsil- Sağlam Millət layihəsi” ilə fərqi nədir? Bu layihənin hansı özəllikləri var?

Xarici pedaqoji ədəbiyyatlarda qeyd olunur ki, kurikuluma aid biliklərin təşəkkül tapması və inkişaf etməsi üçün 30 ilə yaxın bir vaxt sərf olunub. 1918-ci ildə ilk kurikulumlar yaranıb. Artıq ötən əsrin 60-70-ci illərində dünyada, xüsusən ABŞ-da kurikulum ideyaları genişlənərək bir nəzəriyyə kimi formalaşdı. Kurikulum hərəkatı kimi genişlənən bu təhsil dalğası dünyanın inkişaf etmiş ölkələrində də yayıldı, mütərəqqi təhsil təcrübəsi kimi özünün təsdiqini daha geniş miqyasda tapdı. Yəni “Kurikulum” təhsil sisteminin bir əsrə yaxın yaşı var.

Kurikulumlar mahiyyət etibarilə iki mühüm cəhəti əhatə edir. Təhsil sahəsində olan fəaliyyətlər (müəllim, şagird fəaliyyətləri nəzərdə tutulur) əhatə olunur. İkincisi, kurikulum konseptual xarakter daşıyır. Təhsil kurikulumları cəmiyyətin tələbatına uyğunluq baxımından təklifyönümlü və tələbyönümlü olur.

Bəs, “Sağlam Təhsil-Sağlam Millət” pilot layihəsi nədir? Niyə yaradılıb? Gənc nəsilə hansı tövhələr verir? Ümumiyyətlə, pilot layihələr barədə öncədən ağız dolusu danışmaq çox çətindir. Yəni, bu pilot layihələrin gələcəkdə nə verəcəyi həmişə sual altında olur. Amma görünən odur ki, Azərbaycanda tətbiq edilən “Sağlam Təhsil-Sağlam Millət” pilot layihəsi uğurla həyata keçirilir və özünü doğruldur.

Bu layihənin icraçıları hesab edir ki, sistem gənc nəslin bu dəyişikliklərə daha hazırlıqlı olması zərurətindən irəli gəlib. Əgər bu layihə çərçivəsində gənclərimiz sağlam təhsil alırsa və daha çox bilik qazanırsa bu bizim millətin uğurudur.

“Sağlam Təhsil-Sağlam Millət” layihəsi gənc nəslin fiziki-psixi və mənəvi sağlamlığını, qabaqcıl biliklərə yiyələnməsini təmin etmək, bu yolla da proqressiv və sağlam Azərbaycan vətəndaşını – səmərəli insan kapitalını formalaşdırmaqdır.

Tədris prosesində akademik biliklərin əldə edilməsi, heç bir şəkildə gənc nəslin-şagirdin sağlamlığı hesabına baş verməməlidir. Bu da layihənin kökündə duran ana fikirdir.

“Sağlam təhsil-sağlam millət” layihəsinin məqsədi təhsilalanların təlim nailiyyətlərini yüksəltməklə yanaşı, tədris şəraitindən irəli gələn hərəkət məhdudiyyətini və digər amilləri aradan qaldırmaq, onların sağlamlığını qorumaqdan ibarətdir. Bütün bunlar nəticədə sağlam Azərbaycan vətəndaşının yetişdirilməsinə xidmət edir.

Yəni, uşaqların saatlarla oturaq vəziyyətdə dərs keçməsi aradan qaldırılıb, mərhələli ayaqüstə dərsə davametmə ilə əvəzlənib. Təbii ki, bu uşaqların sağlamlığına xidmət edir. Bununla yanaşı, Sağlam təhsil layihəsi çərçivəsində təhsil alan şagirdlərin diğərləri ilə fərqi açıq şəkildə hiss olunmaqdadır.

Etiraf etmək lazımdır ki, bu sistemdə təhsil alan gənc daha sağlam və aktivdir, yorulmur və ya psixoloji sarsıntı keçirmir. Azyaşlılar üçün ən vacib amillər də elə budur. Üstəlik, bu layihə çərçivəsində dərs keçən ibtidai sinif müəllimlərinin mütəmadi imtahanlardan keçməsi, onların bilik və təcrübələrinin artılrılması üçün konfrans və seminarlara qatılması şərtləndirici amildir.

Sağlam təhsil layihəsi artıq öz sözünü deyib. Son 3 ildə əldə olunan uğurlar, uşaqların buna marağının günü- gündən artması bunu deməyə əsas verir. İndi hər bir valideyn istəyir ki, övladı Sağlam təhsil siniflərində oxusun. Bütün bunlar layihənin uğuru hesab olunur. Üstəlik prezident İlham Əliyev, vitse-prezident Mehriban xanım Əliyevanın bu layihəyə böyük diqqət ayırması daha böyük perespektivdən xəbər verir. Mehriban xanım Əliyeva dəfələrlə Sağlam təhsil siniflərində olub, öz tövsiyə və tapşırıqlarını verib. Bu isə layihənin ciddi nəzarət altında olduğu və gələcəyə hesablandığı anlamını verir.

Övladı 1-ci sinifdə “Kurikulum” təhsil sistemində oxuyan, 2-ci sinifdən isə Sağlam təhsil sinfi ilə əvəzlənən bir valideyn kimi ciddi fərqlərin şahidi oluram. 1-ci sinifdə fiziki və psixi yorğunluq var idisə, Sağlam təhsil sinfində bu müşahidə olunmur. Həmçinin dərs proqramında olan dəyişiklik açıq şəkildə hiss olunur.

Dərslər ağır olsa da, uşaqlar yorulmur və ən əsası yaxşı qavraya bilirlər. Bu isə layihənin uğuru hesab edilməlidir. Uşaqların yorulmadan, psixi və fiziki sağlamlığı qorunmaq şərtilə daha çox bilik qazanması, daha dərin dünücəyə sahiblənməsi sözün həqiqi mənasında uğurdur.

Sinif otaqlarının təmiz və müasir avadanlıqlarla təmiantı isə göz qarşısındadır. Hər dərsin konkret vəsaitlərlə (resuslarla) qavradılması metodu, uşaqların yorulmaması üçün yeni istirahət və əylənmə forması , sinif otaqlarında idman etmək üçün avadanlıqların olması tam fərqli görünüş yaradıb.

Bir sözlə bu layihə pilot olmasına baxmayaraq, daha perespektivlidir. Yəqin ki, gələcəkdə daha da geniş, ölkənin bütün məktəblərində təşkil olunacaq. Nəticədə azərbaycanlı övladının daha savadlı və intelektual olması üçün böyük uğurlara imza atacaq.

Xəzər rayonu İ.Tağıyev adına 26 nömrəli tam orta məktəbin 3 A sinif şagirdi
Hüseynli İlkinin valideyni Pərvanə Hüseynova

saglamtehsilSaglamsaglam3   sağlam tehsil aynur



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə