Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

BMT: 30-a yaxın dinc sakin öldürülüb
BMT: 30-a yaxın dinc sakin öldürülüb
15 May 2017 / 9:59 / Baxış sayı: 124
Font1 Font2 Font3 Font4

Mərkəzi Afrika Respublikasının Banqasu şəhərində silahlıların hücumu zamanı 30-a yaxın dinc sakin öldürüldüyü ehtimal edilir.

“Report” xəbər verir ki, bu barədə “Reuters” BMT-nin bu ölkədəki missiyasının (MINUSCA) rəhbərinə istinadən xəbər verib.

“Biz tezliklə zorakılıq nəticəsində öldürülənlərin sayına dair dəqiq məlumat verəcəyik. Lakin məlumdur ki, söhbət 20-30 qurbandan gedir” – deyə BMT-nin sülh missiyasının rəhbəri Parfe Onanqa Anyanga bildirib.

Missiya bundan əvvəl üsyançıların hücumu nəticəsində Mərakeşdən olan bir sülhməramlının Mərkəzi Afrika Respublikasının cənub-şərqindəki Banqasu şəhərində həlak olduğunu xəbər verib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə