Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bu gün kiberhücumların yeni dalğası gözlənilir -VİDEO
Bu gün kiberhücumların yeni dalğası gözlənilir -VİDEO
15 May 2017 / 10:07 / Baxış sayı: 208
Font1 Font2 Font3 Font4

Həftənin birinci günü insanların işdə olduğu vaxt kiberhücumların yeni dalğası baş tutacaq.

APA TV-nin “Euronews”a istinadən məlumatına görə, bu barədə xəbərdarlığı Avropolun rəhbəri Rob Ueynrayt Böyük Britaniyanın ITV telekanalına müsahibəsi zamanı bildirib.

Ötən həftənin cümə günü baş vermiş kütləvi kiberhücumun araşdırılması üçün xüsusi qrup yaradılıb. Ancaq cinayətkarların yerinin və xüsusilə də şəxsiyyətlərinin müəyyənləşdirilməsi Avropol üçün ciddi problemə çevrilib.

Məlumata görə, 200 mindən çox şəxsi istifadəçilər və azı 150 ölkədən olan özəl şirkətlər birinci hücumlardan ziyan görüb. Elektron virusa yoluxdurma cəhdləri əsasən İndoneziya şirkətlərinə, Rusiyanın Daxili İşlər Nazirliyinə, Fransanın “Renault” avtomobil şirkətinə və Amerikanın “FedEx” poçt xidmətinə edilib.

Kiberhücumlardan ziyan görən kompüterlərin hamısı “Windows” əməliyyat sistemində çalışan qurğular olub. Qurğuların sındırılması hakerlərə 600 dollara başa gəlib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə