Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

General İlqar Qasımovun ölüm xəbəri yayıldı
General İlqar Qasımovun ölüm xəbəri yayıldı
15 May 2017 / 11:02 / Baxış sayı: 1476
Font1 Font2 Font3 Font4
Yaxın dövrlər Azərbaycanda siyasətlə məşğul olmuş, «Azərbaycan Yolu» Siyasi Hərəkatı adlı təşkilatın sədri İlqar Qasımovun ölüm xəbəri yayılıb. 
Modern.az saytı xəbər verir ki, Azərbaycanda Rusiya ədliyyə orqanlarının generalı kimi tanınmış İlqar Qasımovun bu gün üç mərasiminin keçirildiyi, onun Sabirabadda dəfn edildiyi bildirilir. Məlumatı İlaqar Məmmədovu tanıyan Sabirabad sakinləri təsdiqləyiblər. Mərhumun ölüm səbəbi barədə dəqiq məlumat verilmir.
Xatırladaq ki, İlqar Qasımov 1995 – 2010-cu illərdə müəyyən fasilələrlə Azərbaycanda fəal siyasətlə məşğul olub. O. 1996-cı ildə ADP ilə Ədalət Partiyası birləşəndən sonra təxminən iki il ADP-nin Ali Məclisinin sədri olub. İ.Qasımov ADP-yə Ədalət Partiyasının üzvü kimi gəlmişdi. Sonralar isə Ədalət Partiyasının sıralarını tərk etmişdi.
Qeyd edək ki, İlqar Qasımov ilk evliliyi tanınmış teleaparıcı Nərgiz Cəlilova ilə olmuşdu. Bu izdivacdan onların bir qızı dünyaya gəlib. Sonralar cütlük boşanmışdı. 2011-ci ildə İ.Qasımov yeni ailə həyatı qurmuşdu. Onun ikinci evliliyindən bir oğlunun dünyaya gəldiyi barədə məlumatlar var.
Allah rəhmət eləsin…
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə