Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Çində “SOCAR GPC” layihəsi üzrə xidmət müqaviləsi imzalandı – FOTO
Çində “SOCAR GPC” layihəsi üzrə xidmət müqaviləsi imzalandı – FOTO
15 May 2017 / 11:55 / Baxış sayı: 198
Font1 Font2 Font3 Font4

Bu gün Pekində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Çin Milli Neft Korporasiyası (CNPC) və “Technip” şirkətləri arasında Bakı şəhərinin Qaradağ rayonunda qaz emalı və polimer istehsalı zavodunun inşasını nəzərdə tutan “SOCAR GPC” layihəsinə dair “Qaz Emalı Zavodu və Polietilen Neft-Kimya Kompleksi ilə əlaqədar İlkin Detallı Layihələndirmə” üzrə xidmət müqaviləsi imzalanıb.

“Report”un məlumatına görə, imzalanma dünən işə başlayan “Bir kəmər – bir yol” beynəlxalq forumu çərçivəsində baş tutub.

Bu müqavilə “SOCAR GPC” layihəsi üçün İlkin Detallı Layihələndirmə işlərinin icrası istiqamətində HQC (CNPC şirkətinin törəməsi) və “Technip Italy” şirkətlərinin göstərəcəyi xidmətləri tənzimləyəcək. Müqavilənin imzalanma mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev və CNPC-nin sədri Vanq Yilin iştirak ediblər.

 


arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə