Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiya Azərbaycandan da keçəcək xüsusi qatarlar buraxmaq istəyir
Rusiya Azərbaycandan da keçəcək xüsusi qatarlar buraxmaq istəyir
15 May 2017 / 13:11 / Baxış sayı: 320
Font1 Font2 Font3 Font4

Rusiya Kənd Təsərrüfatı Nazirliyi “Rusiya Dəmir Yolları” ASC ilə birlikdə Azərbaycan, Özbəksitan, Belarus və Rusiyadan kənd təsərrüfatı və ərzaq məhsullarının idxalı və ixracı üçün soyuducu ilə təmin edilmiş xüsusi qatar istismara buraxmaq niyyətindədir.

“Report” məlumat verir ki, bu layihənin reallaşması məqsədilə malların rəsmiləşdirilməsi üçün sadələşdirilmiş gömrük rejminin təşkili planlaşdırılır.

Hökumətlərarası komissiyalar çərçivəsində malların bu cür qatarlarla danışmasına dair tarif planlarının uyğunlaşdırılması da gündəmdə olan məsələlər sırasındadır.

Mütəxəssislər hesab edirlər ki, bu təşəbbüs bahalı olmayan məhsulların Rusiya bazarına daxil olmasını asanlaşdıracaq.

Qeyd edək ki, nəqliyyat dəhlizi üçün sadələşdirilmiş gömrük rejmi, “yaşıl dəhliz”, elektron bəyannamə, “vahid pəncərə” prinsipi ilə baytarlıq-fitosanitar nəzarətin təşkili nəzərdə tutulub.

Bununla yanaşı, daşınmalara nəzarət şərtləri “ERA-QLONASS” informasiya sisteminin köməyi ilə həyata keçiriləcək.

“FM Logistic” şirkətinə daxil olan “Global Supply Chain”in rəhbəri Aleksey Misailov bildirib ki, son bir il ərzində Azərbaycan və Özbəkistdandan tərəvəz məhsullarınını daşınmasının reallaşdırılmasına riteylor və treyderlər tərəfindən böyük maraq müşahidə edilir.

Federal Gömrük Xidmətinin məlumatına görə, 2016-cı il ərzində Azərbaycandan Rusiyaya 129 min ton tərəvəz daşınıb. Onun 85 min tonu pomidor, 38 min tonu kartof olub. Özbəkistandan isə əsasən meyvə idxal edilib. Ötən ilin nəticələrinə görə, Rusiya bu ölkədən 83 min ton meyvə alıb. Özbəksitandan Rusiyaya ixrac edilən üzüm – 25,5 min ton, ərik – 16 min ton, şaftalı 13 min ton, albalı, gilas və gavalı – ümumilikdə 10 min ton təşkil edib. Bundan başqa, Özbəkistandan Rusiyaya ixrac edilən tərəvəz məhsullarının həcmi 35 min ton olub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə