Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ərdoğan “Yeni Milad” üçün Vaşinqtona uçdu
Ərdoğan “Yeni Milad” üçün Vaşinqtona uçdu
15 May 2017 / 12:37 / Baxış sayı: 208
Font1 Font2 Font3 Font4

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər edib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğan xüsusi təyyarə “CAN” ilə Pekindən ABŞ-a uçub.

Türkiyə prezidentini həyat yoldaşı Əminə Ərdoğan, ədliyyə naziri Bəkir Bozdağ, xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybekci, enerji və təbii ehtiyatlar naziri Berat Albayrak və müdafiə naziri Fikri İşık müşayiət edir.

Türkiyə prezidenti Vaşinqtonda amerikalı həmkarı Donald Trampla mayın 16-da təkbətək görüşəcək.

Qeyd edək ki, Ərdoğanın səfəri ABŞ prezidentinin YPG-yə (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı – red.) ağır silahların çatdırılması barədə qərarı verdiyi dövrə təsadüf edir. Məlumata görə, ABŞ terror təşkilatına minaatanlar, istiliklə idarə olunan raketlər, ağır pulemyotlar, avtomatik silahlar, zirehli avtomobillər və tanklar çatdıracaq.

Rəcəb Tayyib Ərdoğan Çin səfəri öncəsi Esenboğa hava limanında jurnalistlərə açıqlamasında YPG-yə ağır silahların verilməsinin ABŞ-la olan strategiyaya zidd olduğunu deyib.

Vaşinqtona daha əvvəl türk nümayəndə heyətinin (Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Hulusi Akar, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan və prezident administrasiyasının sözçüsü İbrahim Kalın –red.) getdiyini deyən prezident səfərinin vergül deyil, nöqtə xarakterli olacağını vurğulayıb.

“Bu bölgədə nə ABŞ, nə də Rusiya üçün təhdid var. Tükiyə və bu ölkənin insanları üçün təhdid var. NATO-da bir güclü ölkə güclü bir partnyoru ilə addımlar atmalıdır. Biz əsla terror təşkilatını ABŞ-ın, ABŞ-ı da terror təşkilatının yanında görmək istəmirik. Eyni şeyi Putinə də söylədim. Bu səfərin inşallah, qırılma nöqtəsi və yeni miladın olacağını düşünürəm”, – Türkiyə prezidenti əminliyini ifadə edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə