Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Putin: “Suriyadakı kürdlərlə əməkdaşlığımızı davam etdirəcəyik”
Putin: “Suriyadakı kürdlərlə əməkdaşlığımızı davam etdirəcəyik”
15 May 2017 / 14:47 / Baxış sayı: 286
Font1 Font2 Font3 Font4

“Suriyadakı kürdlərlə əməkdaşlığımızı davam etdirəcəyik”.

“Report” xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin mayın 15-də Çində keçirilən “Bir qütb, bir yol” forumunda jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Rusiya lideri terrorçu PKK-nın Suriyadakı qolu YPG ilə əməkdaşlığı davam etdimələrində Türkiyənin narahatlığına səbəb görmədiyini də vurğulayıb.

Qeyd edək ki, Rusiya XİN bir müddət əvvəl terrorçu PKK-nı da terroçu saymadığını bəyan edib. Bu il mayın 3-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı Rusiya hərbçilərinin terrorçu PYD silahlıları ilə çəkdirdikləri fotoları Vladimir Putinə təqdim edib. Rusiya lideri Ərdoğana bildirib ki, rusiyalı hərbçilər belə bir prosesdə iştirak edə bilməzlər: “Biz qəti olaraq, PYD və PKK-ya silah vermərik. Ancaq bu fotoları araşdıracağam”.

Həmin vaxt Vladimir Putin Suriyada kürd dövlətinin yaradılmasını müsbət qarşılamadığını da söyləyib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə