Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

MQF-nin Qadın Klubunun Şəki şəhərində nümayəndəliyi açıldı
MQF-nin Qadın Klubunun Şəki şəhərində nümayəndəliyi açıldı
15 May 2017 / 16:33 / Baxış sayı: 280
Font1 Font2 Font3 Font4

Azərbaycan Milli QHT Forumunun (MQF) təşkilatçılığı ilə 13 may 2017-ci il tarixində Şəki şəhərində MQF Qadın Klubunun nümayəndəliyinin təsis iclası keçirilmişdir. İclası giriş sözü ilə açan Milli QHT Forumunun vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansı İB-nin sədri Nüşabə Məmmədova bildirmişdir ki, bu gün ölkədə vətəndaş cəmiyyətinin inkişafına xüsusi diqqət və qaygı göstərilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında vətəndaş cəmiyyətinin inkişafına dair tədbirlər perspektivləri əksini tapmışdır.

Həmçinin “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın qəbul edilməsi, bununla bağlı Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının təsis olunması, nazirliklərdə, ali təhsil müəssisələrində və digər dövlət strukturlarında İctimai Şuraların yaradılması ölkədə vətəndaş cəmiyyətinin inkişafı istiqamətində atılan mühüm əhəmiyyətli addımlardandır.

Daha sonra çıxış edən MQF Qadın Klubunun direktoru, “Vəfa” ziyalı qadınlar İB-nin sədri Əsmayə Cavadova Qadın Klubunun əsas fəaliyyət istiqamətləri barədə məlumat vermiş və bildirmişdir ki, Klubun ilk nümayəndəliyi Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəki şəhərində açılır, bundan sonra digər bölgələrdə də qadınlar, gənc analar, yeniyetmə və gənc qızlar arasında maarifləndirici tədbirlərin, treyninqlərin və d. tədbirlərin həyata keçirilməsi məqsədilə öz nümayəndəliklərini yaradacaqdır.

Təsis iclasında MQF Qadın Klubunun Şəki şəhəri üzrə nümayəndəsi “Yaradıcı gənclər” İB-nin sədri Arzu Vəlibəyova təyin olunmuşdur. İclasda Bakı Şəhər Təhsil İdarəsinin baş məsləhətçisi Qənirə Sultanova, Ultra Technologies şirkətinin biznes analitik sahə üzrə nümayəndəsi Durdanə Əhədova, “Vəfa” ziyalı qadınlar İB-nin sədr müavini, “Bilik” Fondunun Suraxanı rayonu üzrə nümayəndəsi Elmira İsmayılova, “Vəfa” ziyalı qadınlar İB-nin həmtəsisçısi Solmaz Cavadova, “Yeni Həyat Humanitar və Sosial Dayaq” İB-nin sədri Nailə İsmayılova, “Balans İqtisadi Maarifləndirmə” İB-nin sədri Mohubbalı Nağıyev və digər şəxslər çıxış etmişdirlər.

Tədbirdən sonra iştirakçılar Şəki Rayon Şəhidlər Xiyabanını, Şəki Xalq Tədbiqi Sənəti Muzeyini, Karvansaray, Xansaray və digər tarixi abidələri ziyarət etmişdir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə