Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanacaq- FOTO
İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanacaq- FOTO
15 May 2017 / 16:58 / Baxış sayı: 112
Font1 Font2 Font3 Font4
Azərbaycanda hazırda istifadə olunan dərsliklərdən əlavə, ehtiyat dərsliklər də hazırlanacaq.

Təhsil Nazirliyindən verilən xəbərə görə, artıq keyfiyyətli dərsliklərin yaradılması istiqamətində yeni və mühüm mərhələ başlayır. Dərsliklərin keyfiyyətini artırmaq üçün ehtiyat dərsliklərin hazırlanması ilə bağlı Təhsil Nazirliyinin bir müddət əvvəl hökumətə təqdim etdiyi qərar layihəsi qəbul edilib.

Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə quruma hazırda istifadə olunan dərsliklərdən əlavə, ehtiyat dərsliklərin hazırlanması səlahiyyəti verilib. Bu məqsədlə Təhsil İnstitutunda Tədris Resursları Mərkəzi yaradılıb və ehtiyat dərsliklərin hazırlanmasına başlanıb.

Əməkdaşlıq mühiti şəraitində aparılacaq tədqiqatlar nəticəsində ölkədə ehtiyat dərsliklər yaradılacaq. Ehtiyat dərsliklərin hazırlanmasına ibtidai siniflər üçün Azərbaycan dili və riyaziyyat dərsliklərindən başlanacaq.

Keyfiyyəti tədris prosesində sınaqdan çıxarılacaq yeni dərsliklər “eksperimental dərslik” hesab ediləcək. Eksperiment ehtiyat dərsliklər həm də təcrübə olacaq. Təcrübə artdıqca təkmilləşmə prosesi dərinləşəcək və nəticədə dərslik sahəsində bir çox problem aradan qalxacaq. Belə ki, mövcud qaydalarla on il ərzində keçirilən dərslik müsabiqələrində zamanın darlığı və müəllif potensialının məhdudluğu əsasən 2 problemin yaranmasına səbəb olub. Birinci problem təkliflərin azlığıdır. İkinci problem isə hər hansı fənn üzrə, ümumiyyətlə, təklif olmamasıdır. Ehtiyat dərslik hazırlanmasında isə tamamilə fərqli situasiya olacaq. Burada rəqabət deyil, əməkdaşlıq mühiti şəraitində aparılacaq tədqiqatlar nəticəsində dərsliklər yaradılacaq. Beləliklə, ortaya tədqiqat xarakterli bir iş qoyulacaq. Proses tamamilə fərqli şərtlərlə, daha azad və yaradıcı şəkildə həyata keçiriləcək.

Hazırlanacaq dərsliklər bir çox məktəbdə sınaqdan çıxarıla bilər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə