Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İctimai çimərliklərlə bağlı TƏLƏBLƏR
İctimai çimərliklərlə bağlı TƏLƏBLƏR
16 May 2017 / 11:41 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

Azərbaycan Milli Məclisinin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında Torpaq Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.

Məcəllənin 46-cı maddəsinə edilən dəyişiklərə əsasən ictimai çimərliklərlə bağlı tələblər müəyyənləşib.

Layihədə deyilir ki, ictimai çimərliklərdə sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub. (apa)

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə