Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda tanınmış alim yol qəzasında öldü – YENİLƏNİB
Bakıda tanınmış alim yol qəzasında öldü – YENİLƏNİB
16 May 2017 / 11:57 / Baxış sayı: 574
Font1 Font2 Font3 Font4

Dünən səhər saatlarında Bakı şəhərinin Nərimanov rayonu ərazisində baş vermiş ağır qəzada vəfat edən 76 yaşlı Elman Əliyevin elm adamı olduğu üzə çıxıb. 

Aşıq Molla Cümə küçəsində “Hyundai” markalı, 10 LA 357 dövlət nömrə nişanlı avtomobilin “Toyota” markalı 90 XD 220 nömrəli maşına çırpılması nəticəsində vəfat edən E.Əliyev texnika elmləri namizədi, dosent olub. O, “Hyundai” markalı avtomobili ilə səhər saatlarında işə gedirmiş. Faktla bağlı Nərimanov rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

***

Fövqəladə Hallar Nazirliyinin Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonunda “Toyota” və “Daewoo” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1941-ci il təvəllüdlü Əliyev Elman Bəhman oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil verib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə