Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Osman Gündüz: “Virusa yoluxan kompüterlərə “Bitcoin” lazım olacaq”
Osman Gündüz: “Virusa yoluxan kompüterlərə “Bitcoin” lazım olacaq”
16 May 2017 / 20:04 / Baxış sayı: 180
Font1 Font2 Font3 Font4

Bir neçə gündür ki, “WannaCry” virusu dünyada yüz minlərlə kompüteri və informasiya sistemlərini sıradan çıxarıb. “Microsoft Windows” əməliyyat sistemi altında fəaliyyət göstərən kompüterlərə yoluxan bu virus kompüterlərdəki bütün informasiyaları şifrələyir.

İKT.lent.az-ın məlumatına görə, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, virusun yaradıcıları informasiyaların deşifrə olunması və kompüterin normal vəziyyətə gətirilməsi üçün 300 – 600 ABŞ dolları tələb edirlər.

Onun sözlərinə görə, hər şey köhnə, klassik qaydadadır: “Yalnız bir dəyişiklik var. Hakerlər bu dəfə ödənişin yeni kriptovalyuta olan “Bitcoin”la olmasını tələb edirlər. Çünki bu ödəniş formasında ödənişin izini tapmaq olmayacaq”.

Mütəxəssis düşünür ki, bundan sonra “Bitcoin”in populyarlığı xeyli artacaq: “Çünki virusa yoluxan kompüterlər olsa, dərman olaraq məhz “Bitcoin” lazım olacaq. Bunun üçün də bu valyutanı qanuni olaraq tanımaq lazımdır. Hansı ki, əksər ölkələrdə bu proses artıq reallaşmaqdadır”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə