Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Səlim Müslümovdan pensiyaçılara yeni xəbər
Səlim Müslümovdan pensiyaçılara yeni xəbər
16 May 2017 / 14:51 / Baxış sayı: 2534
Font1 Font2 Font3 Font4

“Bu ilin iyununda əmək pensiyası ilə bağlı qüvvəyə minəcək dəyişikliklər indiyədək pensiyaya çıxmış şəxslərə şamil olunmayacaq”.

arxiv.bizimxeber.az modern.az-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev  “Əmək pensiyaları haqqında qanuna dəyişikliklər edilməsi barədə” qanunun iyunun 1-dən qüvvəyə minməsi barədə müvafiq sərəncam imzalayıb.

“Həmin sənədlə bir sıra qaydaların iki ay müddətində hazırlanaraq qüvvəyə minməlidir. Hazırda bunların üzərində nazirlikdə iş gedir. Bu dəyişikliklər indiyədək pensiyaya çıxmış şəxslərə şamil olunmayacaq. Yeni dəyişikliklər iyulun 1-dən sonra pensiyaya çıxacaq şəxslərə aid olacaq”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə