Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Deputatdan ŞOK təklif – “Bəzi TV-lərin yayımı dayandırılmalıdır”
Deputatdan ŞOK təklif – “Bəzi TV-lərin yayımı dayandırılmalıdır”
16 May 2017 / 15:23 / Baxış sayı: 1312
Font1 Font2 Font3 Font4

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Publika.az xəbər verir ki, layihə haqqında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov məlumat verib.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə deyib ki, Azərbaycan vətəndaşlarının kabel televiziyası ilə bağlı hüquqları kifayət qədər pozulur:

“İnsanların əsəbləri ilə oynayırlar. Bəzi kabel televiziyaları ya çox pis göstərir, ya da bağlanır. Məhkəməyə də müraciət edəndə vətəndaş 2 ay gedib-gəlir. Axırda da şirkət 150 manat cərimə olunur. Buna görə də, cərimələrin məbləği artırılmalıdır. Saat 12 oldu, yayım kəsilir. Yağış yağır, qar yağır yayım kəsilir. Amma kabel televiziyları vətəndaşlara 1 manat da güzəştə getmir. Bundan başqa, vətəndaşa seçim imkanı vermirlər. Bütün paketlərdə demək olar ki, eyni kanallardır. Üstəgəl, kanalların keyfiyyəti də yaxşı olmalıdır”.

Komitə sədri internet televiziyilarla bağlı sərt qanunların qəbul edilməsini də təklif edib:

“Xaricdə oturan 3-5 nəfər əlinə kamera alıb insanlardan müsahibə alaraq, ölkəmiz haqqında danışırlar. Araşdırma aparanda məlum olur ki, heç Azərbaycanda elə bir insan yoxdur. Aprel döyüşlərində də buna təsadüf etdik. O zaman silahlı qüvvələrimiz xalqımız haqqınmda elə sözlər deyilir, hansı ki, onların 7 arxa dönənlərinin Azərbaycana aidiyyatı yoxdur. Onlar ermənidən pul alıb belə danışırdılar. Bunların qarşısı alınmalıdır. İnsanlara təsir göstərən informasiya mənbələrinə nəzarət olunmalıdır”.

BAXCP sədri, deputat Qüdrət Həsənquliyev isə bildirib ki, Azərbaycanda kabel televiziyaları vasitəsilə qonşu ölkələrin telekanalları yayımlanır:

“Buna misal olaraq Rusiya telekanallarını göstərmək olar. Bunların bir hissəsi musiqi və mədəniyyətlə bağlı olduğu üçün onların fəaliyyətində heç bir problem ola bilməz. Amma digər telekanallardan bəzən Azərbaycana qarşı “zəhər” tökülür. Ona görə də həmin telelviziya kanallarının yayımının dayandırılması məsələsi ciddi düşünülməlidir”.

Q.Həsənquliyev qeyd edib ki, Azərbaycan ərazisində fəaliyyət göstərən bütün internet və kabel telekanallarında müqavilə ilə yayımlanmaq imkanı olmalıdır:

“Onlar kabel vasitəsilə yayımlana bilməlidir. Yəni, əgər yayımçı bundan imtina edirsə, əsaslandırılmış qərar verməlidir. Misal üçün, kifayət qədər səviyyəli hər hansı internet televiziyasına “yox” deyilirsə, o zaman onlar da gedib məhkəmə qaydasında öz hüquqlarını müdafiə edə bilməlidir. Bizdə indi televiziyalarla bağlı vəziyyət belədir. Bəzən binalara çanaq antenaları quraşdırmağa icazə verilmir. İnsanlar da məcbur olub televiziyaları kabel telelviziya yayımçıları vasitəsilə seçirlər. Bu baxımdan da bu qanun çox önəmlidir.

Digər tərəfdən isə qanunda qeyd olunur ki, televiziya yayımı dayandırılırsa, onun yayımı 24 saat müddətinə mümkündür. Hesab edirəm ki, informasiya texnologiyaları əsrində bu qədər vaxt kifayət qədər böyük müddətdir. Əgər hər hansı qüsur varsa, yayımçı onu 6-8 saat ərzində aradan qaldırmaq öhdəliyi qoyulmalıdır. Əks halda 24 saat çox böyük müddətdir”.

Daha sonra layihə birinci oxunuşda qəbul edilib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə