Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

250 milyon dollarlıq kokain partiyası-ƏLƏ KEÇİRİLDİ
250 milyon dollarlıq kokain partiyası-ƏLƏ KEÇİRİLDİ
16 May 2017 / 17:44 / Baxış sayı: 252
Font1 Font2 Font3 Font4

Ekvador polisi dəyəri təqribən 250 milyon dollar məbləğində qiymətləndirilən və 5,53 ton həcmində olan kokain partiyası ələ keçirib.

“Report” TASS-a istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi narkotik maddənin Avropaya daşınması üçün nəzərdə tutulduğunu bildirib.

Narkotacirlərin və onların yükünün ələ keçirilməsi üzrə əməliyyat mayın 12-də baş tutub. Kokain Ekvadorun “La Libertad” limanından çıxan və Panama kanalı vasitəsilə İspaniya yönələn yük gəmisində olub. Nəqliyyat vasitəsi limandan ayrılandan az sonra onu Sakit okeanda saxlayıblar. Hüquq-mühafizə orqanları əməkdaşlarının məlumatına görə, çoxmillətli gəmi ekipajı, eləcə də cinayətkar sindikatın başında dayanan İspaniya və Kolumbiya vətəndaşları saxlanılıb.

arxiv.bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə