Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Anam İrana elmi işi ilə əlaqədar gedib”
“Anam İrana elmi işi ilə əlaqədar gedib”
02 May 2013 / 12:41 / Baxış sayı: 78
Font1 Font2 Font3 Font4

Aprelin 30-da Təbrizdə həbs edilən AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhriyarşünas, araşdırmaçı yazar Xalidə Xalidin oğlu Xalid Məmmədli anasının İranda saxlanmasına aydınlıq gətirmək üçün Xarici İşlər Nazirliyinə və Azərbaycanın Təbrizdəki konsulluğuna müraciət edib.

X. Məmmədli APA-ya açıqlamasında bildirib ki, anasının həbsi barədə mətbuatda oxuyub: “Hələlik Konsulluqdan bizə deyiblər ki, İran tərəfi rəsmi məlumat verməyib, araşdırma gedir. Anam Lənkərana gedib, biz əslən Lənkərandanıq. İşi ilə əlaqədar oradan İrana keçməyə nə var ki? Bir neçə saat vaxt aparır. O da elmi işi ilə bağlı məlumatlar toplamaq üçün İrana gedib. O elmi işini tamamlamaq üzrə idi”.

X. Məmmədlinin sözlərinə görə, X. Xalid İrana keçəndən sonra aprelin 30-da ailəsi ilə əlaqə saxlayıb: “Aprelin 30-da səhər mənə zəng elədi ki, narahat olma, Təbrizdəyik, qayıdırıq. Ondan sonra onun telefon nömrəsinə zəng çatmayıb”.

arxiv.bizimxeber.az



“Anam İrana elmi işi ilə əlaqədar gedib” yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə