Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rövşən Lənkəranskinin qatili “mükafatını” alır
Rövşən Lənkəranskinin qatili “mükafatını” alır
17 May 2017 / 10:27 / Baxış sayı: 5306
Font1 Font2 Font3 Font4

Azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin qətlində adı hallanan Şeyx Həmzət artıq “oğru” statusunun bir addımlığındadır. Cebhe.info Rusiya mətbuatına istinadən bildirir ki, artıq Şeyx Həmzətin “taclandırılmasına” hazırıq gedir və ona “oğru” statusunun verilməsinə bəzi dairələrdən dəstək gəlib.

Əvvəllər R.Lənkəranskinin yaxın ətrafına daxil olan, ancaq daha sonra onunla münasibətləri pisləşən Həmzət Qasdəmirov adlı bu şəxs indi “tac”a iddialıdır.

Bu məsələdə Şeyx Həmzətə kriminal aləmdə “Valter” ləqəbi ilə tanınan Vaiko Dedceanın dəstək verdiyi bildirilir.

Xatırladaq ki, Lənkəranskinin ölümündən sonra onun qətlində başqa versiyalarla yanaşı məhz bu məqam da  vurğulanıb. Lənkəranskinin qətlindən sonra onun xüsusilə Avropadakı bəzi obyektlərinin Şeyx Həmzətin nəzarətinə keçdiyi bildirilir.

Rövşən Caniyevin (Lənkəranski) ölümündən sonra Şeyx Həmzət Türkiyədən Almaniyaya gedib, ancaq tez-tez öz vətəni Çeçenistanda da görünüb. Son dəfə Qroznıda olanda o, ölümdən dönüb. Atılan güllələr Şeyx Həmzətin mühafizəçisinə dəyib. Ona qarşı sui-qəsdin də arxasında meyvə-tərəvəz bazarları uğrunda mübarizə dayanır.

Qasdəmirov hazırda Almaniyada yaşayır.Onun “taclandırılması” təşəbbüsünü Valter qaldırıb və nüfuzlu “qanuni oğru” Əzizdən dəstək istəyib. Əziz dəstəyini nümayiş etdirəcəyini, ancaq təşəbbüslə özünün çıxış etməyəcəyini bildirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə