Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əri tərəfindən başı qırxılan Susanna İNTİHAR ETDİ (+18 VİDEO/FOTOLAR)
Əri tərəfindən başı qırxılan Susanna İNTİHAR ETDİ (+18 VİDEO/FOTOLAR)
17 May 2017 / 12:12 / Baxış sayı: 4280
Font1 Font2 Font3 Font4

İki gün öncə Bakının mərkəzində özünü binadan ataraq intihar edən qadının şəkilləri yayılıb. Bakuws-in redaksiyasına göndərilən şəkillərdə Susana Şərifovanın görüntüləri əks olunub.

Xatırladaq ki, 31 yaşlı qadınla əri arasında münasibətlər pozulubmuş, tez-tez onların arasında münaqişələr baş verirmiş.

Dünən ailədə növbəti dəfə münaqişə yaranıb və gənc qadın azyaşlı uşaqları və həyat yoldaşı evdə olarkən özünü eyvandan atıb. Onun başı betona dəydiyindən ağır xəsarət alıb və xəstəxanaya aparılarkən dünyasını dəyişib.
***
Dünən Bakının mərkəzində baş vermiş intihar hadisəsi ilə bağlı yeni məqamlar üzə çıxıb. Məlum olub ki, Susana Şərifova qeyri-rəsmi nikahda olduğu həyat yoldaşı Əbülfəs Baxşıyev ilə uzun müddət ailə daxili münaqişələr yaşayıb.
Belə ki, Əbülfəsdən əkiz qızı olan Susana çox çətinliklər çəkib və uşaqlarının baxılması ilə bağlı bir neçə instansiyaya iddia ərizəsi göndərib.
Hələ 2011-ci ildə Əbülfəslə ailə quran Susanın bu 6 ildə başına gələnlər onu özünü öldürmək səviyyəsinə gətirib çıxarıb. Nərgiz və Nəzrin adlı qızları olan Susana iddia ərizəsində qeyd edib ki, Əbülfəs Nərgizin təhsil almasına mane olmağa çalışıb və davaları buna görə olub. Bununla yanaşı, Susananın anasının rus olması da ailədə söz-söhbətlərin yaranmasına gətirib çıxarıb:

“Əbülfəs narkotik vasitəsindən istifadə etdiyinə görə, dəfələrlə ona müailəcə olunmağını ondan istəmişəm. Amma o mənim bütün səylərimi mübahisəyə çevirib. Mənə hədə-qorxu gəlib. Son dəfə isə cavabdeh bu ilin fevral ayında məni bərk döydü və bundan ürəyi soyumayaraq dostlarının yanında mənim qadınlıq ləyaqəyimi alçaldaraq zorla başımı qırxdı və məni otağa salaraq qapını üstümə bağladı. Cavabdeh və onun valideynləri mənim huşumu itirməyimi görüb öldüyümü zənn etdilər”.

Xatırladaq ki, 31 yaşlı qadınla əri arasında münasibətlər pozulubmuş, tez-tez onların arasında münaqişələr baş verirmiş. Dünən ailədə növbəti dəfə münaqişə yaranıb və gənc qadın azyaşlı uşaqları və həyat yoldaşı evdə olarkən özünü pəncərədən atıb. Onun başı betona dəydiyindən ağır xəsarət alıb və xəstəxanaya aparılarkən vəfat edib.

Kişilərin qabağında əri tərəfindən başı qırxılan Susanna İNTİHAR ETDİ (+18 VİDEO/FOTOLAR)
Kişilərin qabağında əri tərəfindən başı qırxılan Susanna İNTİHAR ETDİ (+18 VİDEO/FOTOLAR)

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə