Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dilçilik İnstitutu MTRŞ-dan pul istəyir
Dilçilik İnstitutu MTRŞ-dan pul istəyir
17 May 2017 / 18:45 / Baxış sayı: 26
Font1 Font2 Font3 Font4

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu televiziya və radiolarda Azərbaycan dilinin mövcud vəziyyəti ilə bağlı monitorinqlərin aparılması üçün Milli Televiziya və Radio Şurasından (MTRŞ) illik vəsait tələb edib.

MTRŞ sədri Nuşirəvan Məhərrəmli APA-ya bildirib ki, telekanallarda dilin qorunması ilə bağlı prosesləri davam etdirmək lazımdır. AMEA-nın Dilçilik İnstitutunda xüsusi monitorinq şöbəsinin olduğunu bildirən N.Məhərrəmli qeyd edib ki, onlarla müəyyən vaxtlarda işlər görülərək nəticələr açıqlanıb: “Bu yaxınlarda “Elektron Media Yardım Fondu” Milli Televiziya və Radio Şurasına müraciət etdi ki, Azərbaycan dili ilə bağlı monitorinqləri davam etdirsin. Bununla bağlı Dilçilik İnstitutuna müraciət etdik ki, buyurun gəlin və siz də bu prosesdə iştirak edin. Ancaq onlar bildirdilər ki, biz vəsait ödədikdən sonra iş görməlidirlər.

Təbii ki, qeyri-hökumət təşkilatı onlara müəyyən miqdarda vəsait ödəyəcəkdi. Ancaq illik vəsait istəyirlər və hesab edirlər ki, bütün qurumlar onlara müraciət etməlidir. İnstitut monitorinq apararaq, Azərbaycan dilinin mövcud vəziyyəti haqqında nəticələri elan etməlidir. Bu, səhv fikirdir. MTRŞ bu məsələyə hər zaman xüsusi önəm verir və mümkün vasitələrlə işləri davam etdirəcək”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə