Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

DİQQƏT: Ermənilər Azərbaycan dilində təxribat xəbərləri yayır
DİQQƏT: Ermənilər Azərbaycan dilində təxribat xəbərləri yayır
17 May 2017 / 14:17 / Baxış sayı: 1044
Font1 Font2 Font3 Font4

Son günlər cəbhədə bir-birinin ardınca ağır itkilərə məruz qalan düşmən “gücü” informasiya müharibəsinə verib. Ermənilər bu məqsədlə Facebook sosial şəbəkəsində yaradılan “HƏRBİ MEDİA” adlı səhifədən istifadə edirlər.

Bundan öncə xəbər verdiyimiz kimi, “HƏRBİ MEDİA” səhifəsi erməni istifadəçilər tərəfindən yaradılıb. Bu səhifədə Azərbaycan dilində ordumuzun əleyhinə təxribat xarakterli informasiyalar, foto-video görüntülər paylaşılır.

İnformasiya siyasətinin tərkib hissəsi olaraq yaradılan bu səhifə Azərbaycan ictimaiyyətində çaşqınlıq yaratmağa hesablanıb. Onlar təxribat xarakterli məlumatlar yaymaqla ordumuza olan inamı azaltmağa çalışırlar.

Məlumat üçün bildirək ki, “HƏRBİ MEDİA” səhifəsi Ermənistanda fəaliyyət göstərən “razm.info” hərbi saytını idarə edən şəxslər tərəfindən yaradılıb.

“Razm.info”nun Facebook səhifəsi azərbaycanlı istifadəçilər tərəfindən kütləvi şəkildə şikayət edildiyindən bloklanıb. Bundan sonra həmin saytın əməkdaşları çirkin niyyətlərini həyata keçirmək üçün “HƏRBİ MEDİA” səhifəsini yaradıblar.

Vəziyyətin həssaslığını nəzərə alaraq oxuculara və sosial şəbəkə istifadəçilərinə düşmən təxribatına uymamağı, ermənilərin yaydığı foto və videogörüntüləri paylaşmamağı tövsiyə edirik.(azvision.az)

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə